Əcəba, mən hansı tərəfdə olmalıyam?


Əcəba,  mən hansı tərəfdə  olmalıyam?
Anası türk, atası erməni olan orta məktəb şagirdi Klara Yetəroğlunun yazısı Əhməd Rasim mükafatını aldı, ABŞ-da Erməni saytları yazını manşetə cıxartdı.

ABŞ-da Erməni Soyqırım Araşdırma Mərkəzinin internet saytının manşetində bir yazı: “1915 il erməniləri” adlı bloqunda da eyni yazı. Və Türkiyə karışdı erməni saytında…Yazının sahibi Klara Yetəroğlu Erdil Koleji 8-ci sinif şagirdi
Jurnalsit, tarixmçi, bəstəkar Ahmet Rasimi gənc nəsillərə tanıtmaq, Ahmet Rasim adını yaşada bilmək niyyətiyə Darüşşafaqa litseyi bu il 5-ci dəfə yarışma keçirtdi. Yarışmada Klara Yetəroğlunun “Mənim adım Klara, soyadım Yetəroğlu. Sanıram bu hər şeyi açıqlayır” sətirləriylə başlanan yazısı birincilik kazandı.
O yazı :
“Özümü tanıyar-tanımaz bir tərəfim Türk və Müsəlman, bir tərəfim Erməni və Xristiyan. Son illərdə ölkəmizdə meydana gələn bəzi davalar və anlaşılmazlıqları görüncə ağlıma bəzi suallar gəlir. Nədən yüz illərlə bir arada yaşayan iki dost toplumu bir-birinin üstünə salmaq istənilir? Əcəba, mən hansı tərəfdə olmalıyam? Ya da bir tərəfdə olmaq zorundayammı?

…Mən anası türk, atası erməni olan biriyəm. Mən bu ölkədə erməni məktəbində oxuyub, kilsədə ibadət edə bilirəm. Erməni dilində çıxan qəzetləri, jurnalları rahatlıqla satın alıb, Erməni gündəmini izləyə bilirəm. Milli bayramlarımızı rahatlıqla keçirib camaatımızla hər cür fəaliyyət göstərə bilirəm. İşin qəribə tərəfi bütün bu fəaliyyətlərimizdə dövlətimizin bizə mütəmadi olaraq maddi və mənəvi dəstək verdiyini də böyük bir qürurla söyləmək istəyirəm. Bəs o zaman problem nədir?

Məncə, problem yenə də xaricdən qaynaqlanan guclər. Bizim bu ölkədə rahat olmağımızı istəmirlər. Mən həm Türkəm, həm Erməni. Mən əslində Turkiyəliyəm. Mənim kimi düşünən insanların da çox olduğunu düşünürəm. Yeri gəldiyində Qurban bayramını, yeri gəldiyində Noeli qeyd edirik. Biz hər kəsə hörmət edirik, hər kəs də bizə hörmət edir. Mən indi bir türk məktəbində oxuyuram. Dostlarım, müəllimlərim mənə qarşı ən kicik ayrıseçkilik gostərmirlər. Öz inancımı rahatlıqla yaşaya bilirkən dostlarımla da hər mövzuda rahat danışa bilir, dərdləşirəm. Mənim ən yaxın dostlarım türklərdir və sanıram mən də onların ən yaxın dostuyam. İllər öncə nə yaşadığını düşünmək, ya da o günlərdə yaşanan pis olayların aqibətini bizə çəkdirmək istəyənlərdən bezdim artıq. Bizi öz halımıza buraxmalarını və dostca yaşamağımıza mudaxilə etməmələrini istəyirəm”.

Ayxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir