Əliyev Qarabağda “İskəndər –M”-dən istifadə məsələsini Putinlə müzakirə etdiyini deyib


İlham Əliyev Rusiya prezidenti Putindən  Şuşa şəhərində “İskəndər-M”  raketinin qalıqlarının aşkar edilməsi sualına cavab almadığını deyib.

Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, aprelin 1-də rusiyalı həmkarı Vladimir  Putinlə telefon danışığı zamanı  Şuşa şəhərinə atılmış “İskəndər-M” raketinin  ermənlərin əlinə necə düşdüyünu soruşub.

 “Sonra aprelin 4-də bizim Müdafiə nazirliyimiz  Rusiya müdafiə nazirliyinə  raket qalıqlarının aşkar edilməsi  foto və videomaterialla təsdiqləndiyi  göstərilən  rəsmi  məktub göndərib.  Doqquz gün keçib, amma hələ məktuba cavab almamışıq “–deyə  Bakıda keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonrakı inkişaf və əməkdaşlıq ”  konfransında çıxışı zamanı  bildirib.

Azərbaycan prezidenti  Rusiya hökümətinin  Dağlıq Qarabağda  münaqişə zamanı  “İskəndərlərdən” istifadə edilməsinin inkar etdiyini xatırladıb. “Əvvəl Rusiya Müdafiə nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov  deyirdi ki, Ermənistan ondan istifadə etməyib. Onlar məgər  Ermənistan Müdafiə Nazirliyini yoxlayırdılar? Hardan bilirdilər ki, bütün raketlər  anbardadır?  Sonra Rusiya prezidentinin mətbuat-katibi Dmitri Peskov  “İskəndərdən” istifadə etmədiklərini söylədi. Amma qalıqları burada-Bakıda- Hərbi Qənimət parkındadır. Gəlib baxmaq olar”-deyib İlham Əliyev.


“Bizim bunun necə olduğu haqda versiyamız var.  Ancaq biz  rəsmi cavab gözləyirik”-deyə Azərbaycan prezidenti  vurğulayıb.

Raketin qalıqlarının müharibə bitdikdən  bir neçə ay sonra aşkar edilməsi fakına gəlincə isə  İ. Əliyev  bunu hava şəraiti ilə əsaslandırıb. “Şuşaya çoxlu qar düşmüşdü. Qar əriyəndən sonra biz onları tapdıq”-deyə izah edib.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir