Ərəfat ölmədi, öldürüldü


Ərəfat  ölmədi, öldürüldü
2004-cü ildə rəhmətə gedən Fələstin lideri Yasir Ərafatın ölümüylə bağlı çok iddia ortaya çıxdı. Əl-Cəzirənin iddiasına görə Ərafat zəhərlənərək öldürüldü.

Əl-Cəzirənin doqquz aydan bəri apardığı araşdırma nəticəsində ondan qalan nadir əşyaların içində radioaktiv maddə tapdığını bildirdi.

2004-ci ilin oktyabrında qəfildən xəstələnib hərbi xəstəxanada rəhmətə Fələstin liderinin ölümü haqqında müxtəlif söz-söhbətlər ortaya çıxmışdı. 75 yaşında xərçəngdən, qara ciyər serrozundan, hətta AİDS-dən öldüyünü irəli sürən olmuşdu.
Əl-Cəzirənin qənaətinə görə bu xəstəliklərdən heç biri Yasir Ərəfatın ölümünə səbəb olmayıb. Ərəfatın paltarı, diş fırçası və məşhur baş şalının üzərində müəyyən səviyyədə polonium maddəsi tapılıb.

Isveçrənin Lozan şəhərindəki Radiofizika institutunda analiz edilən əşyalarda Ərəfatın qan, tər, tüpürcək, və sidik ləkəsi olduğu bildirildi. Xəbərə görə təhlil nəticəsində Ərəfatın öldüyü vaxt bədənində yüksək miqdarda polonium olduğu nəticəsinə gəlindi.
Ərəfatın dul arvadı tərəfindən Əl-Cəzirəyə verilən verilən əşyalarda tapılan polonium tərkibində radioaktiv maddəsi var.

Polşa əsilli kimyagər və fizik Mari Küri tərəfindən 1898-ci ildə kəşf edilən poloniumun ilk qurbanlarından biri Gürinin qızı İrene olmuşdu. Anası kimi Nobel mükafatı alan kimyaçı İrene Küri laboratoriyadakı polonium partlayışından illər sonra lösemi xəstəliyinə tutulmuş və həyatını itirmişdi.

Ancaq poloniumun ən məşhur qurbanı 2006-cı ildə London xəstəxanasında ölən Aleksandr Litvienko olmuşdu. Ingilis yetkililərinin apardığı araşdırma nəticəsində Rus hökümətinə müxalif olan Litvienkonun cayına polonium atıldığı ortaya çıxmışdı.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir