Əsəd Astanada müxalifətlə danışıqlara hazır olduğunu deyib


Əsəd Astanada müxalifətlə danışıqlara hazır olduğunu deyibSuriya prezidenti Bəşər Əsəd özünün hökümətinin ölkədəki situasiyanı nizamlamaqdan ötəri yanvarın 23-də Astanada keçiriləcək danışıqlara hazır olduğunu təsdiq edib. O, bu haqda fransalı jurnalistlərlə müsahibəsində məlumat verib.

“Əlbəttə ki, biz hazırıq və elan etmişik ki, bizim nümayəndə heyəti konfransın vaxti müəyyən olununca ora getməyə hazırdır. Biz bütün məsələlərlə bağlı danışıqlar aparmağa hazırıq. Nə zaman söhbət Suriyadakı konfliktin bitməsi və ya Suriyanın gələcəyiylə əlaqədar danışıqlardan gedir, biz buna tamamilə açığıq””-deyə onun dediklərindən SANA agentliyi sitat gətirib.

Suriya lideri həmçinin Astanada ölkənin konstitusiyası ilə bağlı referendum məsələsninin müzakirə olması ehtimalıdan da danışıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir