ƏZİZ XANIMLAR! BAYRAMINIZ MÜBARƏK!


ƏZİZ XANIMLAR! BAYRAMINIZ MÜBARƏK!
Əziz xanımlar! Bayramınız mübarək! Sizi ildə bir dəfə rəsmi təbrik etməyimizə inciməyin, darılmayın, qırılmayın. Bilin ki Sizin varlığınız bizlərin hər gününü bayram edən səbəbdir. Siz Günəş timsalı hər yerə işıq, nur saçır, məhəbbətinizlə dünyanı ayaq üstə saxlayırsınız. Sağ olun, var olun, məsud, bəxtəvər olun! Dostumuzun bu zarafatını da bir bayram ərməğanı kimi qəbul edin!

yenises.ru
YAVƏR HƏSƏN
***
Bayramdı, gərək təbrik edəydim səni, arvad!
Əmma ki, işim müşkülə düşmüş, para yoxdu!

Olsaydı qazan qarəsi, ab ilə yuyardım,
Pulsuzluğun üz qarəsitək bəd qara yoxdu.

Pul yağlı bir əppək kimi lap qeybə çəkilmiş,
“Ya pul!”” deyərək, gəzmədiyim, eh, hara yoxdu?..

Gördüm yuxuda pul tökülür başıma Göydən,
Açdım gözü, baxdım ora, baxdım bura, yoxdu!

Doxtur Vəlişə ərk elədim, dərdimi açdım,
Doxtur dedi, pul yoxsa, bu dərdə çara yoxdu.

Çeşmim də canımtək quruyubdur bu bədəndə,
Ölsəm, özümü ağlamağa bir qora yoxdu.

Sinəmdə pulun dərdi şişib top kimi, arvad!
Aləmdə pulun hicritək ağır yara yoxdu!

Düşdüm fələyin çərxınə, fırlanmadayam mən,
Fikrimdə ta fırlatmadığım fırfıra yoxdu.

Dünya deyilən qarə qəfəs məhbəs içində
Yavər Həsənə bənzər olan bir çıra yoxdu.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir