Əcnəbi vətəndaşla ailə qurmaq


Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aydın Ağazadə bildirdi ki, əcnəbilərlə nikah məsələsi Bakı Nikah Evi tərəfindən həyata keçirilir. Onun sözlərinə görə, hər bir şəxs belə bir məsələ ilə bağlı həmin qurumdan müraciət edərək, lazımi məlumatı ala bilər.

Bakı Nikah Evindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşları və digər şəxslərlə nikah bağlaya və bağladıqları nikahı ləğv edə bilərlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər nikah və ailə münasibətlərində Azərbaycan Respublikası vətəndaşları ilə eyni hüquqlara malikdirlər və eyni vəzifələri daşıyırlar.

Azərbaycan vətəndaşı əcnəbi ilə ailə quran zaman, onun ailə quracağı şəxsdən subaylıq haqqında arayış tələb olunur. Bu arayış hər ölkədə müxtəli qurumlar tərəfindən verilir. Bəzi ölkələrdə Daxili İşlər Nazirliyi, başqalarında Miqrasiya İdarəsi və ya bələdiyyələr tərəfindən verilir. Əcnəbi ilə ailə qurmaq istəyən şəxs mətbuata müraciət etmək əvəzinə, Bakı Nikah Evinə müraciət edib, lazımi məsləhət almalıdır.

Bəzən vətəndaşımızın evlənmək istədiyi əcnəbi öz ölkəsindən subaylıq haqqında arayış gətirməlidir. Bəzən əcnəbi şəxs öz ölkəsindən subaylıq haqqında arayış gətirir. Ancaq bu arayış saxta da ola bilər. Ona görə də həmin arayışın saxta olmadığı yoxlanılmalıdır. Nikah bağlamaq üçün dövlət rüsumu 5 manatdır. Bunun əcnəbi və yerli vətəndaş olmasının heç bir fərqi yoxdur.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir