Əfasnəvi futbolçu Ramaz Şengeliya vəfat edib


Əfasnəvi futbolçu Ramaz Şengeliya vəfat edib
Məşhur sovet futblçusu Ramaz Şengeliya ömrünün 55 yaşında vəfat edib.

Verilən məlumata görə əfsanəvi futbolçunun ölümünə səbəb ürək tütması olub.

R. Şengeliya 1 yanvar 1957-ci ildə Kutaisidə doğulub. 1981-ci ildə Beynəlxalq idman ustası və SSRİ-nin əməkdar idman ustası adına layiq görülüb. Kutasinin “Torpedo”, Tbilisinin “Dinamo”, İsveçrənin “Ester” və “Holmsund” komandalarında çıxış edib.

SSRİ çempionatlarında 358 oyun keçirib, 149 qola imza atib. 1978-ci ildə SSRİ çempionu, 1979-cu ildə SSSRİ kubokunun, 1981-ci ildə isə Kuboklar Kubokunun sahibi olub. 1981-ci ilin ən yaxşı hücumçusu (23 qolla) seçilib. 1977-1981-ci illərdə beş dəfə mövsümün ən yaxşı futbolçusu siyahısına düşüb. 1979-1983-cü illərdə SSRİ yığma komandasının tərkibində 26 oyun keçirib, 10 qol vurub.

Allah rəhmət eləsin!

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir