Əfqanıstanda toyda partlayış: 22 ölü


Qanlı olay bu gün Əfqanıstanda baş verib. Terrorçu özünü toydakı insanların arasında partladıb, nəticədə 22 nəfər ölüb, 40 yaxın adam yaralanıb-deyə “The Associated Press” xəbər verib.

Partlayış Samanqan əyalətinin paytaxtı Aybek şəhərində törədilib. Terrorçu patlayıcı aləti toyun keçirlidiyi “Kars-e almaz” mehmanxanasının girişində işə salib.

Ölənlər arasında Samanqan vilayət yerli hakimiyyət, polis və xüsusi xidmət orqanlarının nümayəndələri və ordu başçıları var. Gəlinin atası –parlament deputatı Ahmed xan Samanqani də ölüb. “The Associated Press”-in verdiyi xəbərə görə əsas məqsəd elə onu öldürməkmiş.

Samanqani milliyətcə özbəkdir, 1988-ci ildə sovet hökümətinə qarşı döyüşüb, sonra isə məşhur səhra kapitanı, Şimal alyansının liderlərindən biri Abdul-Rəşid Dustumun tərəfdarlarından olub. Samanqani ötən il parlament deputatı seçilib. Ehtimal edilir ki, Samanqani 2001-ci ildə vətəndaş müharibəsini uduzan Şimali alyans taliban liderlərinin qisasına tuş gəlib.

“Taliban” hələ də aktivdir və müntəzəm olaraq genişmiqyaslı terrorlar törətməkdə davam edirlər. Bu günlərdə Əfqanıstanın böyük şəhərində 20 nəfərin ölümü ilə nəticələnən terror törətmişdilər. Terroçuların sözəıriniə görə bu etirazla onlar Qərb ölkələrinin Əfqanıstanı təcavüz etməsinə qarşı cıxdıqlarını göstərirlər.Xatırladaq ki, NATO ordularının Əfqanıstanı bütünlükdə tərk etməsi 2014-cü ilə planlaşdırılıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir