Ərdoğan Rusiya ilə Ukrayna arasında münasibətlərə vasitəçilik etmək istəyindədir


Türkiyə regionda potensial münaqişənin həllində Rusiya və Ukrayna arasında münasibətlərdə vasitəçi olmağa hazırdır. NTV xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan danışıqlarda üçüncü tərəf kimi çıxış etmək istədiyini açıqlayıb.

“Biz bu danışıqları həm Ukrayna, həm də cənab (Rusiya Prezidenti Vladimir) Putinlə inkişaf etdirəcəyik. Biz istəyirik ki, bu problemin həllində iştirak edək”, – deyə Ərdoğan bildirib.

Türkiyə prezidentinin sözlərinə görə, Türkiyə regionda sülhün bərqərar olmasının tərəfdarıdır. Ərdoğan “Krım türklərinin” – Krım tatar xalqının taleyindən narahat olduğu üçün bu faktın Türkiyə üçün əhəmiyyətini vurğulayıb.

Ərdoğanın bəyanatları NATO və bəzi ukraynalı siyasətçilərinin  Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyata hazırlanmsı ittihamları fonunda səslənib. Rusiya silahlı qüvvələrinin Rusiya-Ukrayna sərhədində toplanması ilə bağlı məlumatlar oktyabrın sonunda Amerika mətbuatında çıxdı və daha sonra Moskvanın “qeyri-adi fəaliyyəti” Pentaqon tərəfindən təsdiqləndi. Kreml bu məlumatı təkzib edib.

Bir müddət əvvəl rusiyalı siyasətçi Vladimir Jirinovski Türkiyənin Rusiyaya “hər yerdə pislik etdiyini” deyib. Rusiya Liberal Demokrat Partiyasının daimi liderinin sözlərinə görə, Türkiyə dövlətində millətçilik ideologiyası yüksək səviyyədə inkişaf edib, ona görə də o, yalnız türk xalqının maraqlarını müdafiə edir.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir