Əsəd Ərdoğanı istefaya çağırdı


Əsəd Ərdoğanı istefaya çağırdı
İndi sıra səndə

Taksim meydanındakı hadisələrdən yazan Nyu-York Tayms qəzeti Bəşər Əsədin bu sözlrinə yer verdi: “Erdoğan güc tətbiq etməyən bir siyasət istəyirsə istefa etməlidir”.

Taksimin Gezi parkında yenidən qurma işlərinin aparılmasına qarşı etiraz edənlərə polisin güc tətbiq etməsinə beynəlxalq reaksiyalar sırasında Suriya da yer aldı. Suriya Türkiyə hökümətini dinc nümayiş edən insanlara qarşı zor işlətməkdə günahlandırdı.

Nyu-York Tayms qəzetinin internet saytında “Suriya etirazçılarla davranışa görə Əroğanı süçladı” başlığıyla “Suriya masayı sevinclə tərs çevirdi və Ərdoğana dinc etirazçılara qarşı zor işlətməkdən imtina etməyə çağırdı” fikirinə yer verdi.

Baş nazir Ərdoğanın Suriya prezidenti Bəşər Əsədlə müttəfiq olduğuna da toxunulan məqalədə Taksim meydanında yaşananlar polisin gözyaşadrıcı qazdan, təzyiqli sudan, bombadan istifadə etməsini göstərən kadrların saatlarla yayımlandığını bildirdi. Nyu-York Tayms qəzetinin saytında Suriya İnformasiya naziri Orman Zoabinin “Türk xalqı belə bir təzyiqi haqq etmir. Ərdoğan zor tətbiq ediləcək siyasət istəmirsə istefa etməlidir”-sözlərinə yer verildi.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir