Əsədin tərəfdarları Budapeştdə Erdoğana etiraz etdilər


 Əsədin tərəfdarları Budapeştdə  Erdoğana etiraz etdilər
Türkiyənin baş naziri Rəcəb Tayyib Erdoğan Macarıstan prezidenti Janos Ader ile görüşüb.

Macarıstanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Erdoğan Budapeştdə çıxış edəcəyi universitetin girişində Bəşər Əsəd tərəfdarları tərəfindən etirazla qarşılanıb.

Erdoğan ELTE Universitetinin müəllim və tələbə heyəti qarşısında çıxış etdikdən sonra Bratislavaya yola düşəcək.

Macarıstan paytaxtında ELTE Universitetində çıxış etməyə gələ baş nazir daha bir sürprizlə rastlaşıb. Onu dinləməyə gələnlər arasında İsrailin Budapeştdəki səfiri İlan Mor da olub. O Türkiyəyə isti münasibətdə olduqlarını qeyd edib.

İsrailli elçi son zamanlar Ankara ilə Tel-Eviv arasında yaşanan gərginliyə toxunaraq “Biz Türkiyə ilə düşmən deyilik. Keçmişdə gözəl günlərimiz oldu. Türk xalqına hörmət bəsləyirik”-deyib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir