Əvvəl Amerika indi də Avropa Kürdüstan xəritəsini paylaşdı


Əvvəl Amerika indi də Avropa Kürdüstan xəritəsini paylaşdı

Amerikanın The New Times qəzetinin dünənki sayında nəşr olunan yeni dünya xəritəsi Dövlətsiz Ölkələr Avropa Milli Azlıqları Dərnəyi (Eurominority) tərəfindən də yayımlandı.

Eurominority və Paris Kürd İnstitutunun birgə hazirladığı xəritə iki dildədir: ingilis və kürd. Xəritədə Kürdüstanın bir ucu Hatay da daxil olmaqla Ag dənizə qədər, o biri ucu isə Maraş, Elbistan, Koçgiri, Ərzincan, Ərzurum, Qars, İgdır, və Agrıya qədər uzanır.

Xəritəyə Mosul və Kərküyü də daxil edərək Kürdüstan torpağı kimi göstərmişlər. Bundan başqa Suriyanın kürdlər nəzarət etdiyi Türkiyə sərhəddindəki torpaqları da daxil etməyi unutmayıblar.
Son zamanlarda Türkiyə gündəmiylə əlaqəli analizlər edib bunu türk qəzetlərinin manşet xəbəri halına gətirən xarici mətbuatın 2 gündür belə bir xəritələri yayımlaması diqqət çəkən və sual doğurandır.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir