11 il əvvəl öldü bilinən qadın Tuladan tapıldı


11 il əvvəl öldü bilinən qadın Tuladan tapıldı
24 ildir itkin, 11 ildir də ölü bilinən qadın 3 uşaqla Tuladan tapıldı. Anası 13 yaşında evdən küsüb gedən qızının bu qadın olduğunu təsdiqləyib.

24 il əvvəl evdən qaçmış və adı artıq ölülər siyahısına düşən qadın Tuladan tapılıb. Bu illər ərzində o dini sektada da olub, dilənçilik də edib və üç uşaq da dünyaya gətirib. Bu barədə DİN-nin region üzrə şöbəsindən məlumat verilib.

27 may 2016-çı il tarixdə polislər Tulanın Kreml parkında skamyada yatan bir uşaq tapıblar. Onun yanında böyükləri olmayıb. Bir az keçmiş onlara yanında iki uşağı olan bir qadın yaxınlaşaraq bu uşağın da onun olduğunu deyib.

“O, özünü Yuliya Nikolayevna Q. kimi təqdim etdi və dedi ki uşaqlar onundur. Qadının şəxsiyyətini və uşaqların onun olduğunu təsdiq edən heç bir sənədi yox idi. O, Tulanın “”mərkəzi”” polis şöbəsinə gətirilib. Məlum olub ki, Yuliya 1979-cu il aprelin 6-da doğulub və informasiya-sorğu qeydiyyatında ölmüş kimi göstərilir””-deyə məlumatda bildirilib.

Qadın polislərə söyləyib ki, ötən ilin dekabrından Tuladadır. Bundan əvvəl başqa regionda “” Rusiyada qadağan olunmuş dini sektanın təsiri altında uzun müddət yaşayıb”” və oradan qaçıb. “”O səfillik, dilənçilik edib, Tula pravoslav kilsəsində ona gecələmək üçün yer veriblər. Qadın sənəd adına polislərə uşaqlarına müxtəlif regionların doğum evindən verilmiş tibbi arayışları verib””-deyə polis deyib.

Polislər uşaqları müayinə üçün xəstəxanaya göndəriblər, özləri isə ananın kimliyini müəyyən etməklə məşğul olublar. Qadının qohumları ehtimal olunan şəxslər onun Voloqodadan olduğunu və 1992-ci ildə valideynləri ilə konflikdən sonra evdən qaçığını və axtarışda olduğunu deyiblər. O, uzun illərin axtarışından sonra 2005-ci ildə Voloqoda məhkəməsi ərəfindən ömüş elan edilib””. Yuliyanın anası Tulaya gəlib və qadınlar bir-birilərini tanıyıblar.

Hazırda hüquq mühafizə orqanları çoxuşaqlı ailəyə kömək üçün uşaqların reablitasiya olunması və sənədlərinin qeydi ilə məşğuldur.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir