1,2,3…6-Ölüm saatı


(Səssiz düşüncə)

Yoxluğunda itirdiyin qeyb sən
Çəkilmisən möcüzətək qeybə sən
Ölçür-biçir, kəsir -tökür olanı
Sonra deyir…
Amma orda qəribsən.

Həm də təkcə yurda deyil,
Doğruları oğrulara,
Vicdanları nadanlara,
Qananları qanmazlara,
Bilgələri bilməzlərə,
Görənləri görməzlərə,
Və bunları görməzlikdən gələnlərə
Və nələri
Və nələrə
Acımadan əyibsən…

Ortada bir xətir varsa,
sən ona
Hətta “sənin xatirinə”
Oxu sınmaz,
Yayı yaylı,
Atı nallı,
Gülü xallı,
Bağrı allı
Çəmənzarı, gülüzarı
Zarı-dərdə düçar edən də sən
Qəribəsən, qəribsən…

Yenə “sənin xatirinə” deyəcəksən
Saxlayıram göy dirəyin,
Amma sınıb
Çat –çat olub
Milyonlarca qat-qat olub
Vücuduma saat olan
Zamanı öz hesabıyla hesablayan
Tık-tıkla yox,
dup- dup ilə sinəmizə döyəcəyən,
Bəzən aram
Bəzən isə həyəcanla
vuran Ürək.

Arxan kürək
önün köks.
Kürək-köks aasında qalan Ürək!
Bu tarazlıq, bu dirəniş
1,2-on iki
5-6-köksatlı və bir də
1,2,3,.. -altı
Ölüm saatı…

Tünzalə Vəliqızı
31.05.2022


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir