17 düşməni məhv edib snayper gülləsinə qurban gedən şəhidimiz-FOTO


17 düşməni məhv edib snayper gülləsinə qurban gedən şəhidimiz-FOTO
Son günlər cəbhədəki döyüşlərdə şəhid olan vətən oğullarından biri də müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu (MAHXHQ) Adil Adilzadə olub. Adil Adilzadə Mingəçevirdə doğulub, cəbhədəki son silahlı qarşıdurmada qəhrəmancasına həlak olub.

Cebhe.info xəbər verir ki, aprelin 11-də doğulduğu Mingəçevir şəhərində dəfn mərasimi keçirilən Adil Adilzadə Tərtər istiqamətində gedən döyüşlərdə 17 erməni hərbçisini məhv edib. O, hərbi xidmətdəki işinə yenicə başlamışdı. Aprelin 17-də doğum gününü qeyd etməyə hazırlaşırdı. Qarşı-qarşıya döyüşdə əsgərimizlə bacarmayan düşmən tərəfi onu snayperdən açılan atəşlə şəhid edib. Şəhidimizə Allahdan rəhmət diləyirik!

Mənsur Cebhe.info


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir