20 ill əvvəl etdiyi cinayətə görə türk iş adamına 10 il həbs


20 ill əvvəl etdiyi  cinayətə görə türk  iş adamına 10 il həbs
Londonun Old- Beyli məhkəməsi türk əsilli Britaniyalı biznesmen Asil Nadirə külli miqdarda pul mənimsədiyinə görə 10 həbs cəzası kəsib. Bu haqda “Bi-Bi-Ci” məlumat verib.

22 avqustda andlılar məhkəməsi Asil Nadirə məxsus Polly Peck International (PPİ) kompaniyasının 29 milyon funt sterlinq məbləğində pulunu mənimsəməkdə təqsirli bilib. Cinayət 20 il əvvəl törədilib və Nadir 1993-cü ildə ədalətdən qaçıb öz vətəni Şimali Kiprdə gizlənib.

2010-cu ildə biznesmen Böyük Britaniyaya qayıdıb və bəarət hökmü alacağını düşünüb. Və bununla da öz nüfuzunu bərpa edəcəyinə ümidvar olub.

Hazırda Nadirin 71 yaşı var. hökm veriləndə hakim biznesmenin könüllü şəkiləd Bpyük Britaniyaya döndüyünü və əvvəllər mühakimə olunmadığını nəzərə alıb. Hakim müttəhimin yaşı və səhhəti həbs müddətini azaltmağa əsas vermədiyini bildirib.

Hadirin həyat yoldaşı məhkəmənin qərarından şikayət edəcəyini bəyan edib. Biznesmen özü qərarı sakitliklə qarşılayıb.

PPİ kompaniyasının çiçəklənmə dövrü 1980-ci illərə təsadüf edir. 1990-cı ildə kompaniyanın ofislərindən birində fırıldaqçılığa qarşı mübarizə bürosu tərəfindən yoxlama aparılıb və kompaniya özünün müflis olduğunu elan edib. Elə həmin il Nadiri 60 epizodda hesabları mənimsəmədə günahlandırıblar. O, bunu qəti şəkildə inkar edib. Məhkəmənin qərarını gözləmədən Böyuk Britaniyadan Şimali Kiprə qaçıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir