2013-cü ildə Rusiya əmək bazarına 1,75 milyon qastarbayter tələb olunacaq


2013-cü ildə  Rusiya əmək bazarına 1,75 milyon  qastarbayter  tələb olunacaq
Rusiya Əmək və sosial inkişaf nazirliyinin məlumatına görə gələn il xarici işçilər üçün 1,75 milyon kvota verilməsi nəzərdə tutulur.

Bu günlərdə Rusiya Əmək və sosial inkişaf nazirliyi ölkəyə xarici işçilərin dəvət olunması ilə bağlı ərizə qəbulunu yekunlaşdırıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə Rusiya kompaniyaları gələn ildə 1 225 907 xarici işçi cəlb olunması üçün əzrizə veriblər, bir il əvvəl isə faktiki 1 267 978 nəfər tələb olunurdu.

Ənənəvi olaraq hökümət tərəfindən kavota ehtyatlarının həcmi verilən ərizənin 30 faizi ölçüsündə təsbit edilir. Bu il üçün bu rəqəm əlavə olaraq 519 677 iş icazəsi deməkdir. Əmək və sosial inkişaf nazirliyinin hazırladığı dövlət layihəsində 2013-cü ildə 1 745 584 nəfər xarici işçi cəlb etmək tələb olunduğu göstərilir.

Nazirlik qeyd edir ki, faktiki olaraq kvotada illik orta hesaba görə 2,4 % işçi yerinə baxılmasını nəzərdə tutur ki, bu 2012-ci ildə 2,5 % , 2011-ci ildə isə 2,3% olmuşdu. Bundan başqa nazirliyin mütəxəssisləri bildiriblər ki, işverənlər daha çox xaricdən olan ixtisaslı əmək qüvvəsinə ehtiyac duyurlar. Regionlardan daxil olan informasiyalara görə 2013-cü ildə xarici ixtisaslı kadrlara tələbət ümimi tələbatın 79 faizini təşkil edir ki, bu da 2012-ci illə mqayisədə 3 faiz çoxdur. 2012-ci ildə bu tələbat 76 faiz olmuşdu.

Ekspertlərin fikrincə bu əmək bazarında neqativ nətcələrə gətirib çıxarmayacaq. Yəni xarici işçi qüvvəsinin Rusiyaya cəlb olunmasına nazirlikdə nikbinliklə baxırlar.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir