“3,5 min rubla yaşamaq olar”” deyən nazir işindən azad edildi”


"3,5 min rubla yaşamaq olar" deyən nazir işindən azad edildi
Minimum 3,5 min rubla yaşamağın mümkünlüyünü bəyan edib bunu öz üz üzərində eksperiment etməkdən imtina edən Saratovun Əmək, məşğulluq və miqrasya naziri Natalya Sokolova vəifəsindən azad edildi. Bu haqda RBK-ya region qubernatorluğunun mətbuat xidmətindən məlumat verilib.

“Regional nazirlik rəhbərinin insanlar üçün həyatı əhəmiyyət daşıyan məsələyə münasibətdə ehtiyatsız davranmasını yolverilməz hesab edirəm. Kim cavabdehliyini unudursa, ona qarşı kəskin tədbirlər görüləcək””-deyə mətbuat xidməti regionun rəhbəri Valeriy Radaevin bəyanatını çadırıb.

Sokolava ilə Saratov vilayət Dumasının deputatı Nikolay Bondarenko arasında “”3, 5 min rublla “”minimum fiziki tələbləri yerinə yertirmək olar”” məsələsi ilə bağlı qalmaqal yaşanıb.

Yığıncaqda deputatla Sokolava təqaüdçülərin yaşayış minimumunu qaldırmaq üstündə mübahisə ediblər. Naizr 288 rubl, deputat isə 500 rubl həcmində artım istəyib. Vilayətdə yaşayış minimumunun həddi 7,2 min rubl təşkil edir.

Deputat təklif edib ki, bu məbləğə yaşamağı Sokolova öz üzərində təcrübə etsin. Məmur cavabında nazir statsunda olduğu üçün özünün belə bir eksperimentə hazır olmadığını deyib. Lakin o, vəd edib ki, deputata belə bir ərzaq siyahısı hazırlayacaq. “”Hər bir yığıncağa tərəzi gətirib sizi çəkəcəm””-deyə əlavə edib.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir