“İnter” (Azərbaycan) Estoniyanın “Trans” klubunu darmadağın etdi


Bu gün Avropa Liqasının I təsnifat mərhələsidə paytaxtın “İnter” klubu səfərdə Estoniyanın “Trans” klubu ilə qarşilaşıb. Bankirlər gözlənildiyi kimi rəqib üzərində böyük hesabla qələbə qazandılar.
Oyunda ilk qol 12-ci dəqiqədə Bacana Tsxadadze tərəfindən vuruldu. 36-cı dəqiqədə Bacana Tsxadadze dubla imza ataraq rəqibi məyus edir. Birinci hissədə komandamız bir neçə qol şansını əldən verməsinə baxmayaraq fasiləyə üstün yollandı.

İkinci hissədə də bankirlər oyuna nəzarət etməyə başladılar və 63- cü dəqiqədə Asif Məmmədov hesab arasındakı fərqi üçə çatdırdı. 71-ci dəqiqədə meydana çıxan Nizamı Hacıyevin ötürməsini Adamiya qapıdan keçirdi – 4:0. Oyunun 78- ci dəqiqəsində hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini Hacıyev dəqiq yerinə yetirdi və hesab arasındakı fərqı 5-ə çatdırdı. Kaxaber Tsaxadadzenin yetirmələri hücümlarını sona qədər davam etdirdilər, lakin hesab arasındakı fərq dəyişməz qaldı.

“Bankirlər””i bu görüşdən sonra artıq ikinci mərhələdə hesab etmək olar. Belə nəticə ilə “İnter” klubu Avropada beş top fərqi ilə qələbə qazanan ilk komandamız kimi tarixə düşdü.

Avroliqa I təsnifat mərhələsi
İlk oyun
5 iyul
“”Trans”” (Estoniya) – “”İnter”” (Azərbaycan) – 0:5 (II hissə)
Qollar: Baçana Tsxadadze, 12


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir