Təbrizdə 80 min azərbaycanlı “Türkiyə” deyə səsləndi


İranın Təbriz şəhərində Mustafa Dənizlinin baş məşqmi olduğu “Traktor”futbol komandası ilə yerli “İstiqlal” komandası arasındakı görüş 80 minlik Səhənd idman meydanında keçirilib. Oyunu izləmək üçün Ərdəbil, Kozvin, Xoy, Şirazdan minlərlə tərəfdar gəlib.

Amma oyundan əvvəl azarkeşlər Türkiyəyə dəstək məqsədiylə bir aksiya planlayıblar. Onlar türkcə əsgər salamı verəcək Və “Türkiyə”-deyə səslənəcəkdilər. Elə də olub. 80 minlik ağzına kimi dolu olan meydanı “Türkiyə” səsləri ilə lərzəyə salıblar.

Avtobusla oyuna baxmağa gedən “Traktor” azarkeşləri küçələrdən “Əsgər salamı”verərək keçiblər. Habertürk-dən Alper Uruşun verdiyi məlumata görə İran mühafizəçiləri Təbrizin girişində bir çox avtobusu saxlayaraq geri göndərib, 6 nəfəri isə “Əsgər salamı” verdiyin görə gözaltına alıblar.

Türkiyənin Suriyadakı “Barış pinarı” əməliyyatına dünyanın sərt qarşılamasına cavab olan bu hərəkətlə İranda yaşayan 35 milyon Azərbaycan türkü birlikdə olduğu mesajını bu cür verib.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir