52 rusiyalı Marsda yaşamağa gedəcək


52 rusiyalı Marsda yaşamağa gedəcək
Qırmızı planetdə yaşamağa bütün dünyadan cəmi yerin 1058 sakini gedəcək.
Mars One layihəsi çərçivəsində Marsa birinci qlobal ekspedisiyaya getmək istəyənlərin seçilməsi başa çatıb. Missiya özü Marsa gedib qayıtmamaqla şərtlənir. Yənin iştirakçıları birtərəfli uçuş gözləyir.

Mars One layihəsinin təşkilatçısı Bas Lansdropun bəyan etdiyinə görə ekspedisiyanın Hollandiyada yaradılmış təşkilat komitəsinə dünyanın dörd bir bucağından göndərilən anketlərin sayı təəccübləndirib.

“Biz hətta anketini yollayna bir neçəsi lüt-üryan şəkil göndərib”-deyə Bas bildirib.

200 min anketin içindən yoxlamadan sonra 1058-i seçilib. Marsda yaşamaq istəyən iştirakçılar içindən ən çox seçilən 297-si ABŞ, 75-i Kanada, 62-si Hindistan, 52-si isə Rusiya vətəndaşıdır.

Bu iştirakşılar 2014-2015-ci illər ərzində xüsusi testdən keçiriləcəklər. Sonra 2018-ci ildə Marsa pilotsuz kosmik gəmi buraxılacaq.
Mars One artıq missiya planının hazırlanması ilə bağlı razılaşma imzalayıb. Birinci yaşayış gəmisinin 2025-ci ildə buraxılacağı planlaşdırılır.

Bas Lansdorp Qırmızı planetdə həyat fəaliyyəti ilə məşğul olmaq üçün insanlığın belə bir texnologiyaya sahib oldugunu deyib.

Ayxan
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir