8 min ukrayna millətçiləri yenə meydana toplaşıb


8 min ukrayna  millətçiləri yenə  meydana toplaşıb Millətçilər Kiyevin “””Müstəqillik meydanı””na toplaşarkən Poroşenko regionlarda seçkiqabağı turdadır.

Ukrayna prezidenti Petr Poroşenko əyalətlərdə gəzərkən Kiyevin mərkəzində bir neçə antiprezident aksiyası hazırlanıb. Polislər hər ehtimala qarşı bir bir neçə xidməti alman avtomobilini su yağışına tutublar.

“”Milli sektor”” hərəkatının mətbuat xidmətinin başçısı Poman Çernışovun sosial şəbəkədən paylaşdığı bilgiyə görə Kiyevin mərkəzinə 8 min adam toplaşıb. Onun səhifəsinə yerləşdirdiyi şəkildə çoxsayda ukrayna radikalları və tərəfdarlarının toplaşdığı görünür.

Bu gün onlar Ukraynanın müdafiə sektorundakı mənimsəmələrə qarşı tədbir keçirirlər.

Bununla yanaşı, aksiya təşkilatçılarının şəhər şurasına verdiyi ərizədə eyni zamanda meydanda ən azı 10 min adamın iştirak edəcəyini bildirilir.

ABŞ səfirliyi Ukraynalı milliyyətçi qrupun mitinqi ilə bağlı respublikanın ərazisində bütün amerikalılara ünvanlanmış bir xəbərdarlıq göndərib. Diplomatlar xatırladıb: bu qrup “”şiddət və ictimai iğtişaşlarla, o cümlədən polislə qarşıdurmalarla əlaqəlidir. Mesajda yerin adı da göstərilir və amerikalıların fikrincə oranın bu gün “”partlayış təhlükəli”” olduğu deyilir. “”Müstəqillik Meydanı””. ABŞ səfirliyi öz vətəndaşlarına insanların kütləvi şəkildə toplaşdığı yerlərdən, nümayişdən uzaq durmağı və “”küçələrin bağlanması, məhdudiyyətlər və və yoxlamalara hazır olmağı”” tövsiyyə edib.

Şahidlərin dediyinı görə gecə yarısından başlayaraq Kiyevin mərkəzinə polislər və milli qvardiyaçılar gətiriliblər. Paytaxt polisinin şefi Andrey Krişenkonun bildirdiyinə görə onlar təxminən 3 minə yaxındırlar.

YENİSES.RU


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir