80-90-ların hind kino ulduzu Şaşi Kapur vəfat edib


80-90-ların hind kino ulduzu Şaşi Kapur vəfat edib
Hindistanın məşhur kino ulduzu Şaşi Kapur ömrünün 80-ci ilində Mumbaidə vəfat edib. Bu haqda The Guardian qəzetinə aktyorun ailə üzvlərindən biri xəbər verib. O uzun zamandır ki, böyrək ağrısından əziyyət çəkirmiş.

Əls adı Balbir Rac Kapur olan Şaşi Kapur 1938-ci ildə Kəlküttədə doğulub. Tanınmış Kapurlar ailəsindən olan Şaşi Kapur aktyor və rejissor Rac Kapurun kiçik qardaşıdır. O, 120-dən çox filmə çəkilib. Onun ilk rollarından biri isə qardaşı Rac Kapurun çəkdiyi “Avara”” filmidir.
80-90-ların hind kino ulduzu Şaşi Kapur vəfat edib
Şaşi Kapur 1991–ci ildə sovet və hind kinomotoqraflarının birgə çəkdiyi “”Qara şahzadə Acuba”” filminin həmrejissoru və prodüssörü kimi çıxış edib. “”Bombey kinosu”” və “”Axmaqlıq”” filmlərində birlikdə oynadığı ingilis aktrisası Cennifer Kendal ilə evlənib. Cennifer 1984-cü ildə, 51 yaşında yoğun bağırsağın xərçəngindən vəfat edib.

Onların iki oğlu və bir qızı doğulub. Övladları atalarının filmlərində özlərini sınamaq istəsələr də, bu onlara şöhrət gətirməyib və bu işdən könüllü vaz keçiblər.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir