9-cu ölkə Qətərlə diplomatik əlaqəsini kəsdi, 10-cu ölkə astanada dayanıb


9-cu ölkə  Qətərlə diplomatik əlaqəsini kəsdi, 10-cu ölkə astanada dayanıb

Komor adası da Qətərlə diplomatiik əlaqəsini kəsmək qərarı aldı. Bu haqda Komor adaları Birliyininin xarici işlər nazirliyi bəyanat verib.

Qətərin Komordakı səfirinə tezliklə ölkəni tərk etməsi birdirilib-deyə bəyanatda deyilir.

Komor adaları Birliyi Şərqi Afrikada yerləşir. O, Qətərlə diplomatık əlaqəsini kəsən 9-cu ölkə olur. Bundan əvvəl Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Bəhreyn, Misir, Yəmən, Maldiv Respublikası, Mavritaniya Qətərlə diplomatik əlaqələrini dayandırdıqlarını elan etmişdilər. Bu ölkələr Qətəri İŞİD- terror təşkilatına dəstək verməkdə günahlandırırlar. Bundan başqa onların fikrincə, Doha başqa ölkələrin daxili işlərinə qarışır.

İordaniya da öz növbəsində Qətərdə diplomatik nümayəndəliyinin səviyyəsini aşağı endirməyi qərara alıb.

Kreml Qətərdə baş verən diplomatik böhrana qarışmayacağını vurğulayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə Moskva İran körfəzi ölkələri ilə “münasbətlərə dəyər verir””. O, həm da əlavə edib ki, Kreml regionda “”sabitliyin və sülh atmosferinin”” saxlanmasını istəyir.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir