Abbas Abbasov “Güləşçilərin dostları klubu”na başçılıq edib


Abbas Abbasov  “Güləşçilərin dostları klubu”na  başçılıq edib
AzərRos Ağsaqqallar Şurasının sədri, Rusiya xalqlar Assambleyası şurasının sədr müavini Abbas Abbasov güləş üzrə dünya çempionatı ərəfəsində FİLA-nın Daşkənddə keçirilən Konqresində rusiyalı nümayəndələrin təklifi ilə yaradılmış “Güləşçilərin dostları klubu”a rəhbərlik edib.

“Güləşçilərin dostları klubu”nun yaradılması qərarı öz başlanğıcını “Güləş üzrə olimpiyadanı saxlayaq” kampaniyasından götürüb”-deyə GÜLƏŞ-2020 işçi qrupunun rəhbəri və klubun baş katibi seçilmiş Georgi Borisov bildirib. “Bu kluba güləşin olimpiya oyunları proqramında saxlanmasında böyük əməyi olanlar daxil olacaq”-deyib, o.

“Güləşçilərin dostları klubu”nun ilk üzvlüyünə rusiyalı dirijor və ictimai xadim Valeri Gerqiev, alman futbolçusu və məşqçisi Frans Bekkenbauer və amerikalı aktyor Uilyam Bolduin daxil olublar. Bu barədə Konqressdə yenidən FİLA prezidenti seçilmiş Nenad Laloviç məlumat verib.

Abbas Abbasov isə “Güləşçilərin dostları klubu”na başçı seçilib. Onu da qeyd etmək yerinə düşər ki, Konqress əvvəlcədən yeni konstitusiyasını təsdiq edib. Konqressdə daha bir dəyişikliyə imza atılıb. Belə ki, Birləşmiş güləş növləri beynəlxalq federasiyasının –FİLA-nın adı dəyişdirilərək “Birləşmiş güləş dünyası”-UWW adlandırılacaq. Həmçinin Konqressdə təşkilatın nizamnaməsi təsdiqlənib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir