Abe Putini “nöqtə”” qoymağa və süh müqaviləsi imzalamağa çağırdı”


Abe Putini "nöqtə" qoymağa və süh müqaviləsi imzalamağa çağırdı
Yaponiyalı baş nazir Şərq İqtisadi Forumunda son bir ildə Rusiya və Yaponiya münasibətlərində nəzərəçarpacaq irəliləşiyinə nail olunduğunu və nəhayət sülh müqaviləsi imzalamağın vaxtı çatdığını bəyan edib.

Şərq İqtisadi Forumunun plenar sessiyasında çıxış edən Yaponiyanın baş naziri Sindzo Abe Rusiya prezidenti Vladimir Putini iki ölkə arasında süh müqaviləsi imzalamağa çağırıb. Yaponiya hökümətinin başçısı İkinci Dünya Müharinsəsinin nəticələrinə görə iki ölkənin belə bir müqavilə bağlamamasının normal olmadığını deyib. Müqavilənin imzalanması Moskva və Tokio münasibıtlərinin inkişafına imkan yaradacaq. Bu haqda “Rossiya-24″” telekanalı məlumat verib.

“”Bizim hələ də sülh müqaviləmiz yoxdur, ona görə bu anormal vəziyyətə nöqtə qoymalıyıq””-deyə Abe səslənib. Siyasətçinin fikrincə, rus-yapon münasibətlərində iki ölkənin 70 ildə çata bilmdiyinə son bir ildə nail olunub.

Yaponiyanın baş naziri Moskva ilə Tokio arasında qarşılıqlı inamı möhkmləndirmək üçün “”bir-birimizə məlumat verərək və uğurlarımızı bölüşərək işləyək”” çağırışı edib. “”Biz hər iki tərəfə xeyir gətirəcək əməkdaşlıq sahələri və layihələri seçmişik””-deyə o qeyd edib.

Xüsusilə iqtisadi və təhlükəsiziliyin təminatı sahələrində İki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi Şimal-Şərqi Asiyada stabilliyin təməlini qoymağa imkan verəcək-deyə yaponiyalı nazir öz mövqeyini açıqlayıb.

Sovet İttifaqı və Yaponiya İkinci Dünya Müharibəsinin nəticələrinə görə sülh müqaviləsi bağlamayıb. Hazirda belə bir müqavilənin imzalanmasına Xabomai, Şikotan, İturub və Kunaşir kimi dörd Kuril adasına əzazi iddiasının olması mane olur.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir