Abramoviçi Berezovskiyə , yoxsa futbol korrupsiyasına görə sorğuya çəkiblər?


Abramoviçi  Berezovskiyə , yoxsa futbol korrupsiyasına görə sorğuya çəkiblər?
Roman Abramoviçin ABŞ-da FBR tərəfindən sorguya çəkilməsi ətrafında versiyalar dəyişməkdədir. Bu haqda bütün KİV-lərdən əvvəl məlumat verən RBK-Tv-nin isə başı dərdə girib.

Belə ki, “Evroaz” şirkəti Abramoviçin tutulması haqqında yalan xəbər yaydığına görə RBK-Tv-ni məhkəməyə verməyə hazırlaşır.

FBR həqiqətən Boris Berezovskinin ölməsi mövzusunda oliqarxla danışıb.

Roman Abramoviçə məxsus “Evroaz” şirkəti , ya da o özü RBK-Tv-ni rusiyalı oliqarxın ABŞ-da tutlması ilə bağlı yaydığı informasiyaya görə məhkəməyə verə bilər. Bu haqda “Exo Moskvı” –ya müsahibəsində Abramoviçin rəsmi nümayəndəsi Con Mann bəyanat verib.

Birinci günü axşama yaxın RBK-Tv öz mənbəyinə əsaslanaraq Roman Abramoviçin ABŞ-da saxlanması haqqında məlumat yayıb. Sonra telekanal informasiyanın mənbəyini göstərərək, onun “Atoll” agnentliyinin keçşiş rəhbəri Sergey Sokolov olduğunu açıqlayıb.

Biznesmenin saxlanması haqqında məlumat yayıldıqdan dərhal sonra “Evroaz” şirkətinin London birjasındakı kağızlarının qiyməti qəfil 6 faiz aşağı düşüb, daha sonra vəziyyət stabiləşdə də, günün sonuna birja 3,4 fazi ziyanla qapanıb.

Nəticədə aydın olub ki, Abramoviçi heç kim saxlamayıb, FBR-in əməkdaşları onunla opal oliqarx Boris Berezovskinin ölümünün istntaqiylə bağlı söhbət edib. Bəzi dəqiqləşdirilməmiş məlumata görə söhbət iki saat yarımdan artıq davam edib.

Bu arada Abramoviçin vəkili Dobrvinski oliqarxın saxlanması haqqında başqa versiya ilə çıxış edib.

FBR-in əməkdaşalarının Abramoviçi ABŞ-ın fikrinə görə 2018-ci il futbol üzrə dünya çempionatının keçiriləcəyi ölkənin seçilməsində iştirakı- korrupsiyaya yol vermə ehtimalı olduğuna görə istintaqa çəkib. Bu barədə “İnterfaks” agentliyi vəkil Aleksandr Dobrovinskiyə istinadən xəbər yayıb.

“Avramoviçi FBR sorğuya ona görə çağırıb ki, amerikalılar maraqlanırlar ki, Rusiya 2018-ci il futbol üzrə dünya çemionatına ev sahibliyini hansı şəkildə alıb”-deyə Dobrovinski bəyan edib. Vəkil informasiyanın mənbəyini açıqlamasa da, onun “tamamilə etibarlı” olduğunu söyləyib.

Məhəmməd
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir