ABŞ administrasiyasında Rusiyaya qarşı ikinici sanksiya paketi hazırlanır


ABŞ administrasiyasında Rusiyaya qarşı ikinici sanksiya  paketi hazırlanır
Birləşmiş Ştatlar Skripal işinə görə Rusiyaya qarşı ikinci sanksiya paketi hazırlayır. Bu haqda RİA Novostiyə ABŞ administrasiyasının nümayəndəsi məlumat verib.

Bu tədbirin həyata keçirilməsinə səbəb olaraq isə Rusiyanın ” Amerika qanunlarına görə zəmanət vermədiyi”” göstərilir.

Söhbət Solsberi insidentində istifadə edilən “”kimyəvi və bioloji silahlara nəzarət”” qanunundan gedir.

Bir müddət əvvəl Politico nəşri məlumat vermişdi ki, Donald Tramp Skripal işinə görə Rusiyaya qarşı ikinci sanksiya paketinin tətbiq edilməsi ilə bağlı qərarı imzalayıb.

İlk paket 2018-ci ilin avqust ayında təqdim edilmiş və əsasən silah və ikili məqsədlə istifadə edilən məhsulların satışına məhdudiyyətlər qoyulmasını özündə əks etdirirdi.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir