ABŞ alımı elmi sınağı üçün özünü ödürmək istəyir


Amerikalı alim Ken Heyvors təhlükəli elmi sınaq aparmaq məcburiyyətindədir. O özünü öldürüb, bir müddətdən sonra diriltməyə cəhd edib, beyin hüceyrələrini və bədənini işlətmək üçün istifadə etmək fikrindədir.

Bu elmi-fantastik filmlrindəki kimi bir fikrə bənzəsə də, xəyaldan uzaq gerçəklikdir.

Artıq uzun illərdir ki, Harvard universitetnindən olan amerikalı Ken Heyveos bu sınaq üzərində çalışır. O, 10 ildir ki, gecə-gündüzünü laboratoriyada keçirərək, özünü ölümsüz etməyə cəhd edir.

Ken bəyan edir: “İnsan irqi düşüncənin telepartasiyası yolu ilə irəliləməkdədir. Biz beynimizi saxlamaq istəyiriq ki, sonra onu bir neçə hissəyə ayırıb robotun bədəninə yerləşdirə bilək. Bu insan beynindən yaranmış kişik ideal komputer olacaq”.

Özünün qeyri-adi layihəsi üçün alim hər hansı bir təcrübə dovşanından deyil, öz beynindən istifadə edərək öz üzərində sınaq aparmağı düşünür.

Heyvors elmdə inqilab etmək üçün öz həyatına vida etmək fikrindədir.

“Bu çox qocalıb xəstə olmaqdan yaxşıdır”-deyə 41 yaşlı alim bildirib.

Özünün eksperimentini reallaşdırmaqdan ötəri Ken ailə üzvləri və dostlaını yığıb vida bayramı keçirmək istəyir. Baxmayaraq ki, dostları və ailə üzvləri onun bu addımına tərəfdar deyil və bunu ağılsız ideya adlandırılar-deyə “Rosbalt” məlumat verib.

/Yenises.ru /


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir