ABŞ Camal Qaşıqçı cinayətinə görə Səudiyyə Ərəbistanına sanksiya tətbiq edəcək


ABŞ Camal Qaşıqçı cinayətinə görə Səudiyyə Ərəbistanına sanksiya tətbiq edəcək

Məhdudiyyət tədbiri “Maqnitski qanunu”” çərçivəsində qəbul ediləcək.

Səudiyyə Ərəbistanına qarşı sanksiya ola bilsin ki, şəxsi xarakter daşıyacaq və müxalifətçi jurnalistin qətlində iştirak edən məmurlara tətbiq ediləcək. Vizalarının ləğv edilməsi də daxil olmaqla, onlar əleyhinə bir sıra ölçü götürüləcək. Bu haqda ABŞ dövlət katibi Maykl Pompeonun sözlərindən TASS sitat gətirib. Dövlət departamentində dəqiqləşdiriblər ki, bu, Səudiyyə Ərəbistanının 21 məmuruna şamil olunacaq. Pompeonun sözlərinə görə Vaşinqton jurnalistlin ölümündə güahkar bilinənlərə maddi sanksiyalar tətbiq edilə bilər.

“”Washington Post “” qəzetinin şərhçisi Camal Qaşıqçı Səudiyyə Ərəbistanı hökümətini açıq tənqid edirdi. O, oktyabrın əvvəlində Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna girmiş və bir daha oaradan geri dönməmişdi. Sonradan onun orada qətlə yetirilidiyi aşkar eidlmiş və diplomatik missiya bu faktı təsdiqləmişdi.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir