ABŞ-da Rusiyadan olan ailənin bütün üzvləri ölü tapıldı


ABŞ-da  Rusiyadan olan ailənin bütün üzvləri  ölü tapıldı

Yenises.ru-nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə ABŞ-ın Oreqan ştatının Salem şəhərindən olan Lazukinlər ailəsinin evdə cəsədləri tapılıb. Qətlin kimin və hansı səbəbdən törətdiyi məlum deyil.

27 yaşlı Nikolay Lazukin yaşadığı evdən 80 km aralıda yanmış avtomobildə, onun həyat yoldaşı Natalya və üç uşağının isə evdə cəsədləri aşkar edilib. Verilən məlumata görə Nikolay , Natalya və 2 uşağı odlu silahdan aldıqları güllə yarasından ölüblər. Ola bilər Nikolay bundan sonra özünü öldürub. Yeni doğulmuş Sefi Lazukin isə boğularaq öldürülüb.

Ailəni Salem səhərin məzarlığında dəfn ediblər və dəfnetmə mərasimində 120 nəfər iştirak edib.

-Onlar çox yaxşı ailə idilər-Luzikinlər ailəsinin qohumu İrina Tompson deyir. –Nikolay uşaqlarla həmişə yaxşı dil tapırıdı, anlaya bilmirəm ki, bu niyə baş verib.

Rusiyanın Amerikadakı səfirliyindən məlumat veriblər ki, hələlik onlar Lazukinlərin ailəsində baş verənlərdən xəbərsizdirlər, amma bütün situasiyanı aydınlaşdırmağı planlaşdırırlar.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir