ABŞ Dövlət departamenti Krıma görə Rusiyaya qarşı sanksiyanı qaldırmayacaq


ABŞ Dövlət departamenti Krıma görə Rusiyaya qarşı sanksiyanı qaldırmayacaq
Rusiyaya qarşı beynəlxalq sanksiyanın qaldırılmasına Krımın Rusiyanın tərkibinə keçməsi mane olur.

“Rusiya hətta Minsk anlaşmasını yerinə yetirsə belə, biz Ukraynanın Donbass üzərində süverenliyinin bərpasını görsək də, Krıma görə sanksiya qalacaq””-deyə ABŞ Dövlət departamentinin xüsusi nümayəndəsi Kurt Volkner bildirib. Bu haqda “”112 Ukrayna”” kanalı məlumat verib.

Bundan əvvəl The Independent də Volknerin mövqeyindən sitat gətirmişdi. “”Rusiyaya qarşı sanksiya Minsk anlaşması sonuna kimi yerinə yetirilib, Ukrayna Krım və Donbass üzərində süverenliyini bərpa edənə qədər davam etməlidir””- Dövlət departamentinin xüsusi nümayəndəsi deyib. Onun sözlərinə görə Rusiya “”utanmadan bu ərazini oğurlayıb.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir