ABŞ Dövlət departamenti Rusiyanı terror təhlükəsi olacağı ilə hədələdi


ABŞ Dövlət departamenti Rusiyanı terror təhlükəsi olacağı ilə hədələdi
Suriyada vəziyyətin nizamlanması məsələsində yaranan mübahisə Rusiya və Qərb diplomatları arasında qiyabi toqquşmala davam edir. Vaşinqton Moskvanın barışmaz mövqeyinin şəhərlərində terrora səbəb ola biləcəyi ilə qorxudub. Rusiya XİN isə öz növbəsində -görünür, Vaşinqton öz terrorçularına bu barədə komanda verib -deyə cavab verib.

Növbəti siyasi qalmaqal ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Con Kerbinin çıxışından sonra yaranıb. O, brifinqdə bəyan edib ki, Suriyada ekstremistlər hökümətdə yaranan vakkumdan istifadə edərək öz hırəkətlərini genişləndirəcəklər, onların hücum planlarına “şübhəsiz”” Rusiyannın maraqlarına və ola bilsin rus şəhərlərinə zərbə vurmağı daxil ediblər.

“”Rusiya yenə də ölü hərbiçilərlə dolu torba alacaq, öz resurslarını, hətta güman ki, təyyarələrini itirəcək””-deyə C. Kerbi qeyd edib.

Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova cabavı gecikdirməyib. Facebook-dakı səhifəsindən amerikalı həmkarlarından dəqiqləşdirməyi xahiş edib ki, bu o deməkmi olur, terrorla Vaşinqtonun neçə illərdir Nursadan ayıra bilmədiyi həmin o “”zəif müxalifət”” məşğul olacaq.

“”Sizə elə gəlmirmi, “”torbada meyidlər””, “”Rusiya şəhərlərində terrorlar””, “”təyyarə itirmək”” kimi illuziyalı çıxış diplomat şərhindən daha çox “”fas”” komandasına bənzəyir-deyə əlavə edib.

Qeyd edək ki, bu ərəfədə ABŞ Dövlət departamentinin başçısı Con Kerbi RF xarici işlər naziri Sergey Lavrovla telefon söhbətində Vaşinqtonun Moskva ilə əməkdaşlığı bitirməyə hazır olduğunu bəyan edib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir