Adı qətl və qarətlərdə hallandırılan Ramin Gəncinski Moskvada tutuldu


Adı qətl və qarətlərdə hallandırılan  Ramin Gəncinski Moskvada tutuldu
Cinayət axtarış şöbəsi, Federal təhlükəsizlik xidməti və DİN-nin “Rıs” xüsusitəyinatlılarının birgə keçirdikləri əməliyyat nəticəsində mütəşəkkil cinayətkar dəstənin aktiv üzvlərindən olan Ramin Gəncinski saxlanılıb.

Bu haqda DİN-nin saytında məlumat verilir. Saxlanılan, kriminal dairədə Ramin Gəncinski kimi tanınan şəxs bir sıra qətllər törətməkdə və quldurluq etməkdə günahkar bilinir.

İstintaq materiallarına görə Rusiyada qeyri-leqal yaşayan 28 yaşlı Azərbaycan vətəndaşı 2013-cü ildə Moskvada öz yerlisi olan iş adamına sui-qəsd etmişdir. Raminin soyğunçuluq etdiyi obyektlər Moskvaətrafı xüsusi evlər olub. Cinayət faklarına görə onun haqqında Cinatət Kodeksinin bir neçə maddəsi: 30 və 105 (öldürməyə cəhd), 222(qanunsuz silah əldə etmə, saxlama və daşıma), 162 (qarət),226 (silah oğurluğu) cinayət işi qaldırılıb.

Ramin Gəncinski üçün artıq həbs-qəti imkan tədbiri görülüb. Hazırda hökümət Moskva, Sankt-Peterburq həmçinin Moskvaətrafı və Leninqrad vilayətlərində baş verən təcavüz hadisələrində onun iştirakını araşdırır.

Məhəmməd
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir