Adil Karaca: “Rusiyadakı azərbaycanlı və yəhudi iş adamlarına borcluyam”


“Röyanın yerində olsam Hüseyn abidən üzr istəyərdim”.

Ona Rusiyanın “İmperatoru” da, “İbrahim Tatlısəsi” də deyirlər. Rusiyalı tanınmış iş adamı, diaspor rəhbəri Vaqif Məmişovun qızının toyunda oxuyandan sonra insanların marağını çəkdi. Sanki Türkiyədəki ulduz sənətçilər arasından birdən-birə Rusiyaya düşmüşdü. Amma özünün Mahsun Kirmizigülün ifasından oxuduğu “Annem” mahısındakı “ Annem, annem men ne günler gördüm” fikrinə uyğün br həyat yaşadığını deyir. Doğrüsü bir çox sənətçiniin çəkib-çəkmədiyi sirr olan “acı”ların PR vasitəsinə dönüşdüyü bir vaxtda buna da “onun nağılı” desəm bəlkə haqsızlıq olar. Fikrimcə, bu gün Rusiya estrada müğənniləri ilə bu səhnəni paylaşan ilk türkiyəli sənətçi Adil Karacanın özü ilə söhbətdən sonra buna qərar vermək daha doğrudur.

-Adil bəy, Rusiya efirində tanınmış estrada ulduzu Sergey Zverevlə birgə çəkildiyiniz “Kimyam dəyişdi” klipindən sonra “əhvalınızın” dəyişdiyi bəlli. Amma bu klip istəyinizin kulminasiyası da deyil, təbii. Mənə bir türk sənətçisinin Rusiyanı seçməsi maraqlıdır.

– Mən Rusiyaya gələnə kimi Türkiydə bir çox otellərin restoranlarında səhnəyə çixdim. Ünlü prodüsserlərlə çalışdım və elə onlarla problemlər yaşadım. Bir tanış mənə dedi ki, Rusiyada türk restoranı var , bəlkə gedib orada çalışasan. Mən rus dilini bilməyə-bilməyə, heç bir tanışım olmadan Moskvaya gəldim. O zamanlar “Çerkizov ” deyilən bazardakı türk restoranında bir ay oxudum. Restoranın sahibinə dedim insanlar bura az gəlir və Türkiyəyə qayıtmaq istəyirəm. O dedi ki, burada insanlar səni sevdi, qal və mənə bir illik Rusiyada işləmək izni aldı. Sonra “Prestij müzik”in sahibi prodüsser Bürhan Aydemir məni Türkiyəyə çağırdı ki, gəl bir albom çıxardaq. Döndüm Türkiyəyə , Bürhan bəylə birlikdə 3-4 ay repertuar topladıq, baxdım ki, olmur. Mən də depressiyaya düşmüşdüm. Dedim Bürhan abi, Rusiyaya dönəcəm. Bu dəfə bir azərbaycanlının restoranında işə başladım.

-Bu Moskvada çalışdığınız ilk Azərbaycan restoranı idimi?

-Bəli. Sənan adlı bir azərbaycanlının “Lunnıy noç” restoranı var. Mən o restoranda oxumağa başladım. Bilirsniz, Moskva dünyanın ən bahalı şəhəridir. Ilk vaxtlar restoranda oxuyurdum və gecəni də elə orada divanda yatırdım. Onlarla da bir il işlədim. Beləcə məni insanlar tanımağa və dəvət etməyə başladılar.

“Öylə-Öylə bu büraya gəldim”

-Adil bəy, buraya –yəni bu gününüzə gəldiyiniz yerdə dayanaq. Əvvəl haradan buraya gəldiyiniz yerə- lap başa dönək.

-Doğulduğum yerəmi? Mənim əslim Adıyamandandır. Amma mən Adanada doğulub böyümuşəm. 1979-cu il təvəllüdlüyəm. Ailədə 7 uşağıq, 4 oğlan, 3 qız. Mən 2-ciyəm. Anama çox bağlı biriyəm. Anamın adı gələndə axar sular durur. Onun ağzından çixan kəlmə mənim üçün qanundur.

-Ailəlisinizmi?

-Nişanlıyam. Nişamlım buralıdır. Rus millətindəndir.

-Türklərin rus qızlarına aşırı sevgisimi deyək buna da?

-Mən əslində ailə söhbətlərini paylaşmağı sevmirəm. Sizinlə səmimi və gerçəkçi oldum. Nişanlım millətindən asılı olmayaraq dürüst biridir. Onun bu dürüstüyünü sevdim mən.

-Anan-atan bunu necə qarşıladılar?

-Hamımız insanıq və səhv etmək haqqımız var. Amma mənim ailəm məni tanıyır, yanlış qərar vermədiyimə inanırlar. Ona görə də hər qərarımım arxasındadırlar. Mən anama bənzəyən bir həyat yoldaşım olmasını istəmişəm. Amma qismət və sevgi burada məni haqladı. Nişanlım dünyanın ən xoşniyyətli və yaxşı insanıdır.

-Allah xoşbəxt eləsin. Qayıdaq sizin Rusiya estaradasına yol açmağınıza. Sizi Rusiyada kim kəşf etdi?

-Məni Moskvada azərbaycanlılar və Azərbaycan yəhudiləri kəşf etdi. Onlar məclislərinə Türkiyədən ən ünlü isimləri dəvət edirlər. Ola bilsin ki, müqayisə etdilər və bütün məclislərində məni görmək istədilər. Bu gün Rusiyada rus estrada müğənniləri ilə duet oxuyan, rusu türkcə oxudan yeganə türk səntçisiyəm. Türkiyə, Azərbaycan televiziyalarında mahnılarım yayımlanır.

-Sergey Zverevlə sizi kim tanış edib? Yəni, duet oxumaq təşəbbüsü kimdən gəlib?

-Sergey Zverev mən oxudugum klublara gəlirdi. Hər zaman “bir duet edək”-deyə təklif edirdi. Mənim isə proqramım çox sıx idi. Ona görə də buna vaxt tapa bilmirdim. Sonra sözləri və müsiqisi Sərkan Kayaya aid “Kimyam dəyişdi” mahnısını həm türk, həm rüsca oxuyaq dedm Sergeyə. O da razılaşdı. Və beləcə bu duet və klip yarandı.

Daha bir rus repçisi ilə yeni bir “Bomba” mahnısı da yazdırmışıq, klipi də hazırdır. Rusiyanın televiziyalarında yaxın günlərdə göstəriləcək. “Bomba” klipi “Bodrum-Hilton” otelində və Moskvada məşhur olan “Ray klub”da çəkilib. Bodrumda Rusiyalı rep oxuyan İlya Şafla 6 günlük çəkiliş apardıq. “Bodrum-Hilton”-un sahibi azərbaycanlı iş adamı İsgəndər Xəlilov bizim yaradıcı heyəti çox yaxşı qarşıladı və klipin sponsorluğunu öz üzərinə götürdü. Yeri gəlmişkən, “Gecələr şahid” adlı Azərbaycanda çəkilən klipimə də Rusiyalı iş adamı Məhərrəm Quliyevə maddi yardım edib. Yəni dediyim kimi, hər yerdə mənə azərbaycanlıarın dəstəyini görmüşəm, görürəm.

“Sergey Zverevlə duetdən sonra azərbaycanlı dostlarımın etirazını gördüm”

-Planda daha kimlərlə duet oxumaq var?

-Timir Timurovla duet hazırlamaq istəyirdim. Amma onu edib- etmyəcəyimə tam qərar verməmişəm. Sergey Zverevlə duetdən sonra azərbaycanlı dostlarımın etirazını gördüm. Əslində mənim oturub- durduğum adamlar ciddi adamlardır. Sergeylə klip çəkdirməyimi onlar xoş qarşılamadılar. Amma mən sənətçiyəm.

-Sergey Zverevin oriyentasiyası baxımındanmı?

-Mənim o barədə bir şey söyləməyə haqqım yoxdur. Segey Zverev məşhur stlist və müğənnidir. Amma dostlar onunla duet oxumağımı yaxşı qəbul etmədilər. Ona görə duet etmək məsələsini düşünürəm.

-Azərbaycanlı sənətçilərlə necə, duet oxumaq istərdinizmi?

-Var bir neçə Azəri sənətçisi ki, onlar da təklif edir, mən özüm də oxumaq istəyirəm. Amma inanın çox məşğulam. Yüksək statsulu insanların məclislərinə dəvət alıram tez –tez. Bu yaxınlarda Qırığızıstan prezidentinin məclisini apardım. İsraildə toyda oldum, demək olar ki, hər gün bir yerdəyəm. Amma bir-iki Azərbaycan mahnısı oxuyacam.

-İfa olunmuş mahnılardanmı?

-Xeyr. Hüseyn Abdullayevin mahnılarını. O, bəyənmədiyi insana mahnı vermir demişdilər. Mən onunla buradakı iş adamlarının vasitəsiylə tanış oldum. Hüseyn bəy, mən ona abi deyirəm, ürəyi-qəlbi gözəl, bir başqa dünyanın insanıdır. Elə olmazsa, onun mahnıları bu qədər sevilməzdi, məncə. Onun Azərbaycanda çox gözəl bir səsyazma studiyası var. Getdik görüşdük, bizi studiyasını gəzdirdi. Mənə mahnı yazacağına söz verib.

“Röyanın yerində olsam, Hüseyn abidən üzr istəyərdim”.

-Onun mahnılarını Röya oxuyurdu, amma indi aralarında bir gərginlik yaşanır.

-Mən Röyanı onun mahnıları ilə tanıdım, sevdim. Amma insanlar gərək bir şeyi kimin onlarım hansısa bir yerə gəlməsində bir qatqisi olmasını unutmasınlar. Şou-biznesdə hər kəs bir şey söylər və birilərinin arasını vurar. Röya çox sadə və dürüst biridir. Ona görə də bu haqda bir şey deyə bilmərəm. Amma öz şəxsimə deyirəm, Röyanın yerində olsam, Hüseyn abidən üzr istəyərdim.

-Şou-biznesə münasibətiniz pisdir, deyəsən.

-Mən heç zaman şou-biiznes adamı olmayacağam. Şou biznes çox kirli bir yerdir. Orada olanların bir çoxunun keçmişi çox iyrəncdir. Böyük səhnələrə çixmaq üçün nələr etmirlər. Mən bü günə kimi əkməyimi halal, alınım təri ilə qazanmışam. Halalıma haram qatmamışam. Maddi dəstəyə bağlı insan da deyiləm. Insanların qəlbini yalnız Allah bilir. Milyon dolların da olsa nəfəsi 30-40 saniyə almazsansa, ölərsən. Ona görə də bəndədən çox Allahdan istəyirəm mən. Bizə dəstək olan bəndələri də qarşımıza çıxaran Allahdır. Allahımın və anamın duaları ilə bu yerə gəlmişəm.

-Gəldiyiniz yerdə bir şey daha qazanmısınız. Rusiyanın “İmperatoru” “İbrahim Tatlısəsi” kimi bir adı. O böyük sənətçi ilə də Moskvamı görüşdürüb sizi?

-İbrahim Tatlısəs vurulmazdan təxminın 2 ay əvvəl Məhərrəm Quliyev onu yaxın dostu Ələkbərin toyuna dəvət etmişdi. Mən də o toyda idim. Onunla bir səhnədə oxuduq, səsimi də çox bəyənmişdi. Sonra Kremli də bir yerdə gəzdik. O mənə burada olan hörməti görüb bəzi məsləhətlər verdi. “Burada səni sevirlər, yaxşı dostların var, qal inkişaf elə, Türkiyəyə dönmə “-dedi. İbrahim Tatlısəs əfsanədir. Çox səslər gəlib gedəcək, ondan olmayacaq amma. Allah ona şəfa versin, tezliklə səhnəyə dönsün.

“Ermənilər toylarında oxumağa dəvət etdilər, mən getmədim”

Bütün adlı-sanlı iş adamlarının məclislərində varsınız. O toyların adi adamların etdikləri toydan fərqi nədədir?

-Əvvəla bir şeyi deyim. Sizin toy mədəniyyətiniz çox zəngindir. İstər zəngin, istər adi insanların toy məclisi olsun. Süfrəniz gözəl, mətbəxiniz çox dadlı, insanlarınız şən və mehribandir. Sevinməyi biləndirlər. Qadın- kişi qol götürüb oynayarlar. Mən milli ayrı-seçkilik salan biri deyiləm. Başqa millətlərin də toyunda olmuşam. Amma Azərbaycan adətləri bir başqadır. Məsələn yəhudilərin toyu sizinkindən heç seçilmir. Mən müğənniyəm və siyasətlə də işim yoxdur. İsraildə olanda yəhudilərin türk insanına, mahnisina sevgisini gördüm. Amma ermənilər toylarında oxumağa dəvət etdilər mən getmədim. Hər millətin yaxşısı- pisi var. Erməni millətinin içində yaxçısı varmı, bilmirəm.

“Rusiyadakı azərbaycanlı və yəhudi iş adamlarına borcluyam”

-Toylarda tanınan və artıq bir etapdan başqa bir etapa qədəm qoyan Adil Karaca turklər demiş, bundan sonra nəyin peşindədir?

-Mənim bu gün Rusiyada, Ukraynada, Estoniyada, Latviyada mahnılarım səslənir. Hətta Çinin paytaxti Pekinin böyük salonlarından birində iki dəfə konsert vermişəm. Mən burada nə edirəmsə, Türkiyəni təmsilən onun adına edirəm. Bunu anlayır və hər zaman böyük türk xalqını layiqincə təmsil etməyə çalışıram. Amma bu haqda Türkiyə mətbuatı bir şey yazmır. Bir az qırqınam, o üzdən. Amma inşallah o gün gələcək, o da olacaq. Mənim də adım anılacaq. Rusu türkcə oxutduran sənətçi kimi.

Mən toy müğənnisi olaraq qalmaq istəmirəm. Daha böyuk saraylarda konsertlər vermək, konsert sənətçisi olmaq peşindəyəm. Bir arzum da Heydər Əliyev sarayında böyük bir konsert verməkdir. Çünki Azərbaycan xalqı mənim üçün çox əzizdir. Mən Moskvaya gəlməyənə qədər də Türk insanının Azərbaycan insanını sevdiyini bilirdim. Azərbaycanda bir yarpaq qımıldasa, Türkiyə axasındadır. Amma Azərbaycan insanının türkə sevgisinin daha böyük olduğuna burada şahid oldum. Siz daha istiqanlı, daha qonaqpərvərsiniz. Onu da deyim ki, Ilk jurnalistsiniz ki, belə geniş və səmimi müsahibə verirəm.

Sonda: Adil Karaca olaraq bu yerlərə gəldimsə, bunu Azərbaycan xalqına borcluyam. Rusiyada, Moskvada yaşayan azərbaycanlı iş adamlarına, yəhudi əsilli azərbaycanlılara borcluyam. Bayrağınız hər zaman yüksəklərdə dalğalansın!

Söhbətləşdi: Tünzalə Vəliqızı, Moskva
18.06.2012
Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir