ADSIZ ADAM


ADSIZ ADAM
Bilmirəm jurnalist kimi sərtmi olmaq, cəsarətlimi olmaq, ya “düzələn deyil””-deyib olanlara müşahidəçi kimi qalmaqmı-hansını hansı yerdə işlətmək gərəkirdi? Mövlana deyirdi ki, İki şey ağıla nöqsan sayılır, yersiz susmaq ilə yersiz söz demək.

Sizcə də bunların yerini tamlığı ilə yerinə qoyacaq qədər ağıl sözə baxır, ya söz ağıla batırmı?

Böyüklər “bizim zamanımızda…” deyəndə – “o sizin zamanınız idi”- deyib sözü ağızında qoymaq da bizim zamanımızdır.

Haqsızlığa susmaq onu dəstəkləmək deməkdir. Bu hamının beynində qabar bağlamış ifadə olsa da, susmaqdayıq.

Bir şeyi bilirəm ki, olanlar bəzilərimizin maraqları (maddisi bir yana, mənəvisi ) ilə uzlaşmırsa etiraz, üst-üstə düşürsə “”””bəh-bəhlə”” qarşılayırıq. Bir də tərəfsiz kimi baxa bilsək. İlla ki, baxa bilənlər var. Və mən onlardan biriyəm deməyəcəm. Asan, kəsən, ittiham ya iftixarla yazan qələmim yoxdur bəlkə bu dövr üçün, iddiam da eləcə. Balaca işə böyük bir iddia geydirib göstərmək.Bu da mənim çatmayanımdır. Anladım. Anladım ki, zamanın nəbzini tutmaq-özünüreklama dayanan bir şeymiş. Anladım ki, “”ağlamayana pəpə (bunu mən görə etik olmadığı üçün dəyişdim) yoxdur””- deyimi də bütün hallarda eyni dərəcədə effektli olmur. Ağlamağın anasını o qədər ağlatdıq ki, daha o da kar eləmir. ( “”Kar etmə””ni artıq “”təsir””dən çıxarıb qazanca dönüşdürmüşük-red.) Onu da anladım ki, nəfsi mədəsi ilə mənəviyyatı arasında var-gəl edən, birincinin bir aylıq sınağını (sadəcə bir ay yeməməklə) qəhrəmanlıq sayanın, ac ruhunu, ac mənəviyyatını, ac gözünü doyurmaq instinkti çoxdan yox olanın xəyalı Qərbin kəşkəşanlı yerlərində dolaşır. Həə… Belə bir vaxtda aranızda hələ də varından yox, yoxundan ayırıb birilərinə yardımını əsirgəmədən “”adım gizli qalsın, mən edərəm”” deyir və digəri də ona vasitəçi olduğu üçün sevinirsə…. Bəlkə də dünya o gizlində qalan əməli aşkarların üstündə dayandığı üçün tab gətirir. Böyükdən böyüksünüz, Adsız Adam!

Tünzalə Vəliqızı


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir