«Aeroflot» QR kod tətbiq etməyin əleyhinədir


Rusiyada nəqliyyatda QR kodun tələbi məsələsi hələ müzakirə olunmsa da , tətbiqi gölzlənilir. “Aeroflot” hava nəqliyyatı şirkəti isə bilet alarkən QR kod tələb olunmasının əleyhinə çıxış edib.

“Aeroflot”un baş direktoru Mixail Poluboyarov təyyarəyə minərkən QR kod tələb edilməsini  normal saysa da, bilet satışı zamanı onun  tətbiq olunması əleyhinədir. Poluboyarov bunun həyata keçiriliməsini texniki cəhətdən mümkün hesab etmir.  

“Mənim nəzərimcə, bilet alarkən  QR kod tələb etmək olmaz, sən bilet almaq arakən  buna məhdudiyyətsiz imkanın olmalıdır”. Amma  uçuş zamanı bu məhdudiyyətin  tətbiq olunması normaldır. Biz analoji proqramla QR kodun olması və peyvəndin müddətini yoxlamağı təmin edə bilərik.  Lakin  bilet alarkən  bunu etmək olmaz və başa düşmürəm,  texniki cəhətdən bunu  qadagan etmək necə mümükündür”-  deyə o,  Federasiya Şurasının istisadi siyasət komitəsinin iclasındakı çıxışı zamanı  söyləyib.

Bundan  əvvəl  “Aeroflot”un   yedək  “Pobeda”  aviakompaniyası da eyni fikirlə çıxış etmişdi. Bu gün -noyabrın 9-da  prezidentin mətbuat katibi Dmitri Peskov  bəyan edib ki, Kreml  nəqliyyatda QR kod tətbiq olunmasını müzakirə etmir.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir