Aktrisa Ornella Mutinin Putinlə şam yeməyində olması həbs cəzası alması üçün dəlil oldu


Aktrisa Ornella Mutinin Putinlə şam yeməyində olması həbs cəzası alması üçün dəlil oldu
İtaliyanın mətbuatının verdiyi məlumata görə aktrisa Ornella Muti Pordenone şəhərindəki Teatr Verdidə səhnəyə çıxmadığı üçün 600 avro cərimə olunmaqla 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Teatr Verdi ilə anlaşmasıa görə vəd etdiyi tamaşada oynamaq əvəzinə Sankt-Peterburqda o zamanlar baş nazir olan Vladimir Putin və amerikalı aktyor Kevin Kostnerlə şam yeməyi yyən aktrisaya bu baha başa gəlib.

Şam yeməyi 2010-cu ildə verilib. Mutinin orada olduğunu videoyazı təsdiq edir. Lakin aktrisa üzürsüz səbəbdən teatra gəlmədiyini faringit- boğazgəlməsi ilə xəstələndiyi və buna dair həkimdən arayışı olduğu ilə izah edib. Baxmayaraq ki, əvvəlcədən teatrdan 25 min avro qonorar alıbmış.

Tartrin administrasiyası işdən yayındığı üşün aktrisaya qarşı məhkəməyə şikayət ərizəsi göndərib, orada onun həkimdən aldığı arayışın saxta olduğu qeyd edilib. İndi Muti ya həbsxanaya gedəcək, ya da bundan qurtulmaq üçün Teatr Verdi-yə 30 min avro ödəməli olacaq. Məhkəmə hökmü ittihamın hesabladığından daha kəskin olub. Mutiyə teatrı buraxıb Sankt-Peterburqdakı şam yeməyinə gəlməsi 8 ay həbs cəzasına başa gəlib.

Xatırladaq ki, 2010-cü ildə Sankt-Peterburq Qış sarayında uşaq onkoloji və oftalmoloji xəstəliklərinə qarşı mübarizəyə həsr olunmuş xeyriyyə tədbirində Muti ilə yanaşı dünyanın tanınmış sənətçiləri-Jerar Depardye, Mikki Rurk, Qoldi Houn, Vensan Kassel, Monika Beluççi, Şeron Stoun və ba.qaları iştirak ediblər. Gecənin sonunda hökümət başçısı V.Putin qonaqları səhnəyə çağırıb və birlikdə “Zemlyane”” qrupunun kompozisiyasını oxuyublar.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir