Aktyor Mixayıl Yefremovun törətdiyi avtoqəzada yaralanan sürücü ölüb


Ötən gün -İyunun 8-də gecə saatlarında tanınmış aktyor Mixayıl Yefremovun törətdiyi avtomobil qəzasında xəsarət alan digər maşının sürücüsü aparıldığı xəstəxanada keçinib.

Mixayıl Yefremovun qarşı yola çıxaraq toqquşduğu mikroavtobusun sürücüsü çoxsaylı zədə ilə Sklifosovski adına xəstəxanaya çatdırılıb. Həkimlər bütün gecəni onun həyatını xilas etməyə çalışsalar da bu mümkün olmayıb. Başından və köks qəfəsindən çoxsaylı zədə alan sürücünun iç orqanlarının qanaxmasını dayandıra bilməyiblər. Getdikcə orqanlarının hamısı həyati funksiyasını itirib və yaralı vəfat edib. Bu barədə Sklifosovski adına xəstəxanadan məlumat veriblər.

Sürücünün ölməsi xəbərini Daxili şlər nazirliyinin paytaxt idarəsinin mətbuat xidməti təsdiqləyib.

Aktyoru hadisə yerində saxlayıblar. Onun haqqında cinayət işi açılıb. RF CM-nin 264-cü maddəsinin 2-ci hissəsinə görə (yol hərəkəti qaydalarını pozma və nəqliyyat vasitələrinin istismarı ) Yefremovu 3 ildən 7 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir.

Onu da üeyd edək k, aktyor avtomobili idarə edərkən sərxoş vəziyyətdə olub. M. Yefremov suçunu boynuna alıb.

YENİSES.RU


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir