Alasaniya: Ermənistan Gümrüdəki Rusiya hərbi bazasına Gürcüstan əleyhinə istifadə etməyə yol verməyəcək


Alasaniya: Ermənistan Gümrüdəki Rusiya  hərbi bazasına Gürcüstan əleyhinə istifadə etməyə yol verməyəcək
Gürcüstan və Ermənistan daxili işlər nazirləri İrakli Alasaniya və Seyran Ohanyanın görüşünün nəticəsi olaraq birgə mətbuat konfransı keçiriblər. Görüşdə Gömrüdə yerləşən Rus hərbi bazasından Gürsüctan əleyhinə istifadə edilməsinə icazə vermilməyəcəyi bildirilib.

Bunu Gürcüstan daxili işlər naziri Alasaniya bəyan edib. “Biz (Gürcüstan höküməti) Abxaziya və Osetiyada olan rus hərbi bazalarının regionda yaratda biləcəyi real təhlükədən danışdıq. Ermənistanın Gümrüdəki rus hərbi bazasına gəlincə, düşünürük ki, erməni tərəfi Gürcüstanın maraqları ziddinə hərəkətə imkan verməyəcək ”-deyib.

Xatırladaq ki, Ermənistanın şimalindakı Gümrüdə yerləşdirilən 102-ci Rusiya hərbi bazası MDB Hava hücumundan Müdafiəyə qarşı Birləşmiş sistemi çərçivəsində döyüş növbəsindədir. Bazada ZRK C-300 və MiQ-29 qırıcıları ilə təmin olunub, burada 4,5 min hərbçi xidmət edir.

Ayla Azəri
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir