Aleksey Rezniov Zelenski Moskvaya görüşə gəlməyəcək deyib


 Ukrayna prezidenti rusiyalı həmkarı Vladimir Putinlə  danışıqlar aparmaq üçün Moskvaya getməyəcək. Bu haqda  Ukrayna baş nazirinin müavini, Kiyevin Donbasla əlaqə qrupu nümayəndə heyəti başçısının müavini  Aleksey Reznikov “Savik Şusterin azad sözü” proqramında  bildirib.

Kiyev rəsmi olaraq Rusiyanı “təcavuzkar öklə” sayır və Dondasda rus həbçilərinin olduğuna  əmindir. Reznikovun sözlərinə görə  Zelenski əvvəl Putinlə Donbasda müharibənin bitməsindən danışa bilər,  sonra ikitrəfli münasibətlərin bərpasından. O, hesab edir ki, belə bir görüş Moskvada baş tuta bilməz. “Müharibə zamanı paytaxta gedib, təcavuzkar ölkənin nümayəndəsi ilə görüşmək, mənə görə çox qəribə təklifdir”-deyə nazir müavini söyləyib.

Onun fikrincə, əgər belə bir görüş olarsa, o “norveç formatında” Almaniya və Fransa liderlərinin  iştirakı ilə keçirilməlidir.

Bu günlərdə Zelenski Putinə  müraciətlə “Ukraynanın Donbasının istənilən mühaibə gedən  nöqtəsində  görüşmək təklif olunan” video yayımlamışdı. Rusiya lideri buna cavab olaraq, Ukrayna prezidenti  əvvəlcə  Donetsk və Luqansk xalq respublikalarının liderləri ilə görşsün,  sonra Kremllə  danışıqlar apara bilər demişdi. Bununla bərabər Putin onu da əlavə etmişdi ki, əgər Zelenski  ikitərəfli münasibətləri müzakirə etmək istəyirsə, istənilən vaxt  Onu Moskvada qəbul etməyə hazırdır. 

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir