Allan Lalin oynadı, komandası məğlub oldu


Allan Lalin oynadı, komandası məğlub oldu
ABŞ- ın Texas ştatının Dallas şəhərində Qonduras futbol yığması Yeni Zelandiya yığma komandası ilə yoldaşlıq görüşü keçirib. Oyun Yeni Zelandiyanın minimal qələbəsilə sona çatıb – 1-0. Oyunda yeganə qol birinci hissənin sonunda Smeltz tərəfindən vurulmuşdur.

İkinci hissənin əvvəlində Qonduras yığmasının heyətində meydana “Xəzər-Lənkəran””in keçmiş forvardı meydana daxil oldu və gözəl oyunu ile yadda qaldı. Buna baxmayaraq Qonduras yığması məğlubiyyətdən yaxa qurtara bilmədi.

Xatırladaq ki, Qonduras yiğması FİFA milli komandalarının reytinq cədvəlində 62 – ci, Yeni Zelandiya isə 130- cü yerdə yerləşıb.

Ramin Kazımov
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir