Almaniya milli yığma komandasında “millətçilik” havası


Almaniya milli yığma komandasında “millətçilik” havası
Almaniyanın türk əsilli futbolçusu Məsut Özili hədəfə alan Almaniya Futbol Federasiyasının fəxri rəhbəri Volrfelder “Milli marşı söyləməyən yığmadan çıxarılsın”-deyə söyləyib.

Almaniya Futbol Federasiyasının fexri rəhbərinin bununla üstüötrülü şəkildə Mesut Özilə işarə etdiyi ehtimal edilir. O, “Milli marşı söyləməyən dərhal milli yığmadan atılmalıdır”-deyib.

Milli yığma oyunçularının milli marşlarını söyləyib-söyləməmələri mövzusu Avropa 2012-də də gündəmə gəlmişdi. Başda Məsut olmaqla bir çox alman oyunçusu milli marşlarını söyləmədikləri üçün hədəfə alınmışdılar.

Almaniya milli yığmasının qabaqcıl oyunçularından olan Məsut bu mövzu ilə bağlı bir şey söyləməyib. Sadəcə “Mən milli yığma üçün əlimdən gələni edirəm”-deyə bildirib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir