Almaniya və Fransanın hava şirkətləri Misirə uçuşlarını dayandırdı


Almaniya və Fransanın  hava şirkətləri Misirə uçuşlarını dayandırdı
Almaniyanın Lufthansa sərnişindaşıma təyyarə şirkəti Misirdə Rusiya təyyarəsınin qəzasından sonra Sinay yarımadası üzərindən uçuşlarını dayandırması haqda Reuters agentliyi məlumat yayıb.

Şirkətdən verilən məlumata görə Airbus 321 təyyarəsinin qəzaya üğraması səbəbi aydınlaşdırılana qədər Misirə uçuşlar dayandırılacaq.

Bundan əvvəl Fransanın Air France hava şirkəti də rus laynerinin qəzasından sonra təhlükəsizlik məqsədi ilə Sinay üzərindən uçuşlarını təxirəsalma qərarı verib.

Xatırladaq ki, “Koqalımavia”” hava şirkətinə məxsus Airbus 321 laynerinin Şərm-Əl-Şeyxdən Sankt-Peterburqa istiqamət götürən 9268 saylı reysi Misirdən səhər saat 06:51-də uçmüş və ondan sonra Kiprin Larnak hava ərazisində radardan itmişdi. Təyyarənin göyərtəsində 7 ekipaj üzvü və 217 sərnişin olub. Rusiyanın Misirdəki səfirliyindən verilən məlumata görə təyyarədə olan bütün sərnişinlər həlak olub.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir