Almaniyada 61 yaşlı türk qadını alman dili öyrənməyə məcbur edildi


Almaniyada   61 yaşlı türk qadını alman dili  öyrənməyə məcbur edildi
Almaniyanın Karlsreu inzibati məhkəməsi ölkəsində 30 il yaşayıb alman dilində damışmayan 61 yaşlı türk qadınına məcburi dil öyrətmək cəzası kəsib. Məhkəmə bu qərarə dünən elan edib. Qadınsa öz növbəsində dil öyrənmək istəmədiyini bildirib. Təbii ki, bəllli yaşdan sonra.

Beləliklə immiqrantlarla iş qrumlarının tələbi təsdiq olunub. Türk qadınının əri kiçik bir mağaza sahibidir. Ailə 6 uşağını Almaniyada böyüdüb və onlar alman vətəndaşlığı alıblar.

Məhkəmədə qadın bildirib ki, onun övladları yaxşı təhsil alıblar və dövlətə vergilərini vaxtlı vaxtında ödəyirlər. Özünün dil bilməməsini isə ümumiyyətlə savadsız olması ilə əlaqələndirib. Amma inzibati məhkəmə bu arqumenti əsassız sayıb, dövlətin və cəmiyyət bu ölkəyə yaşamağa gələn xarici vətəndaşın inteqrasiyasında maraqlı olduğundan cıxış edərək qərar verib. Immiqrantlar ən cüzi səviyyədə alman dilində danışmağı bacarmalıdırlar. Qadın məhkəmənin qərarıyla razılaşmayıb və Maqheymdəki ali Baden-Vyurtemberq inzibati məhkəməsinə appelyassiya şikayəti verib.

Leyla
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir