Almaniyada türk ər arvadının başını kəsdi


Almaniyada türk ər arvadının başını kəsdi

Berlində dəlilik keçirən Orhan Subay 31 yaşındakı həyat yoldaşı Səma Subayı yaşadıqları evin damına çıxarıb “Allahu-Əkbər” deyib başını kəsdi və aşağıya atdı. Bu dəhşətli qətli Orhan Sunayın iranlı sevgilisi Leylanın üstündə törətdiyi bildirilir.
Haray-qışqırıq səsinə pəncərədən baxan qonşular bu hadisənin şahidi olublar. Onların yalvar-yaxır etməsinə baxmayaraq, Orhan Subay boynuna bıçaq dirədiyi həyat yoldaşı Səmanın hamının gözü qabağında başını kəsib aşağı tullayıb. O, daha sonra hadisə yerinə gələn polislərə təslim olub.

Qonşular Orhan ilə Səma arasında tez-tez dava düşdüyünü və bunun iranlı qadın üzundən olduğunu söyləyiblər. Orhan və Səma 4 il ayrı yaşadıqdan sonra yenidən barışıblarmış. Onların Ömər (13), Ercan (10), İsmayıl (9), Zelal (4), Zəmzəm (2,5) və daha 11 aylıq körpələri olmaqla 6 uşaqları var. Orhanın Leyladan da daha iki usağı olduğunu, bu uşaqları bəzi vaxtlarda evə gətirdiyini, onlara Səmanın badığını da deyirlər.
Cinayətdən bir gün əvvəl qardaşlarına dərdini anladan Səma – “Bezdim artıq. Az qalıram özümü öldürəm, amma 6 uşağım var. Onlara görə canıma qıya bilmirəm”-deyirmiş. Anaları ölən, ataları həbs olunan uşaqlar uşaq evinə verilib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir