Almaniyalı deputata Azərbaycan həqiqətləri ilə bağlı məlumat verilib


Almaniyalı deputata Azərbaycan həqiqətləri ilə bağlı məlumat verilib
Steffen Claudio Lemme: “Azərbaycanın zəngin mədəniyyətə malikdir”

“Soyqırım Həqiqətlərinin Tanıdılması”” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda rəsmi səfərdə olan Almaniya Sosial-Demokrat Partiyasının nümayəndəsi, millət vəkili Steffen Claudio Lemme ölkəmizlə yaxından tanış olub.

Almaniyalı deputat öncə Fəxri Xiyabanda Heydər Əliyevin və görkəmli oftolmoloq Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanını, Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.

Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərov qonağa Azərbaycanın milli mədəniyyəti, tarixi, milli musiqisi ilə bağlı məlumat verib. O, daha sonra ermənilərin Azərbaycana təcavüzü, xalqımıza qarşı törədilən qətliamlar, eləcə də Xocalı soyqırımı və digər Azərbaycan həqiqətləri barədə məlumatları alman millət vəkilinin diqqətinə çatdırıb. Təşkilat sədri Quba Memorial Kompleksində olan millət vəkilinə bu kütləvi məzarlığın ermənilərin xalqımıza qarşı törətdiyi qətliamın bariz nümunəsi olduğunu bildirib. C.Ələkbərov bütün bunlara rəğmən dünya ictimaiyyətinə erməni diasporu tərəfindən yanlış məlumatlar ötürülməsindən təəssüfləndiyini vurğulayıb.

Deputat ölkəmizdə olmasından məmnun olduğunu, tarixi bilgilərə görə, təşəkkürünü bildirib. Xüsusilə, Azərbaycan xalqının qonaqpərvər, istiqanlı və dost xalq olduğunu, belə səfərlərin iki xalq arasında dostluq bağlarının daha da güclənməsinə təsir etdiyini, Azərbaycanın zəngin mədəniyyətə malik olduğunu önə çəkib.

“Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov bu kimi səfərlərin Almaniya-Azərbaycan münasibətlərinə öz müsbət töhfəsini verdiyini, Steffen Claudio Lemmenın Azərbaycanın yaxın dostlarından olduğunu qeyd edib.

Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Qafar Əliyev ölkəmizin tarixi həqiqətləri haqqında məlumat verərək, Qarabağ probleminin baş vermə səbəblərini diqqətinə çatdırıb.

Alman-Azərbaycan Gənclər Assosiyasiyasinin sədri, Almaniyada ölkəmizin tanıdılmasına çalışan gənclərdən olan Raksana Civişova bu kimi səfərlərin Azərbaycanın Almaniyada mövqeylərinin artmasına səbəb olduğunu və belə səfərləri müntəzəm olmasını arzulayaraq, qarşıda bir sıra layihələrin həyata keçiriləcəyini söyləyib.

Elnur Eltürk


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir