Almaniyalı islamçı Angel Merkeli öldürəcəyini vəd edib və “Avropa yayı” ilə hədələyir


Almaniyalı islamçı Angel Merkeli  öldürəcəyini vəd edib və  “Avropa yayı” ilə hədələyir
Almaniyalı islamçı internetdə yaydığı videoçarxda yayda Berlinə hücum olacağını bildirib. O həmçinin bəyan edir ki, Alaniyanın kansleri Angel Merkeli öldürmək fikrindədir. Bu haqda Die Welt alman qəzeti yazıb.

Üçdəqiqəlik videoçarxda özünü Abu Azzam adlandıran şəxsin yaxınlarda Misirə köçmüş radikal salafit olduğu ehtimal edilir, o, Avropaya dəyişikliyə hazır olmağı xəbədarlıq edib.

“Bizim “Ərəb baharımız” geridə qaldı, amma irəlidə “Aropa yayı” var” –deyib.

Azzam onu da bəyan edib ki, salafitlər təkcə Merkeli deyil, ABŞ prezidenti Barak Obamanı da ölü görmək istəyirlər.

Almaniya kəşfiyyatı və konstitusiya təhlükəsizliyi idarəsinin mətbuat-xidmətindən bildiriblər ki, videoçarxın mövcudluğundan xəbərdardırlar, təhlükəszilik xidməti bununla məşğul olur.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir