Almaniyanın Moskvadakı səfirliyinin əməkdaşı ölkədən çıxarıldı


Almaniyanın  Moskvadakı səfirliyinin əməkdaşı  ölkədən çıxarıldı
Der Spiegel alman qəzeti yazır ki, Almaniyanın Moskvadakı səfirliyinin əməkdaşı RF hökümətinin xahişinə əsasən Rusiyanı tərk edib. Məlumatda bildirlir ki, rəsmi Moskva Bonndakı rus konsulluğunun əməkdaşının AFR-dən geri göndərilməsinə cavab olaraq bu addımı atıb.

“Biz bu ədalətsiz addıma görə təəssüf edir və Rusiya hökümətini qınayırıq” –deyə Almaniya hökümətinə yaxın olan mənbə məlumat verib. Der Spiegel qeyd edir ki, söhbət alman diplomatik korpusu siyasi şöbəsinin əməkdaşından gedir.

Qəzetin verdiyi xəbərə görə geri göndərilən rus diplomat kəşfiyyatla məşğul olduğu üçün ölkədən çıxarılıb. Beynəlxalq diplomatik praktika qaydalarına əsasən bu addma görə digər ölkə də simmetrik ölçü götürür.

Son illərdə diplomatik korpus əməkdaşının cəsusluqla məşul olması ilə əlaqədar ən səsli-küylü qalmaqalı 2001 ilin martında qızışmışdı. O zaman ABŞ Rusiya diplomatik korpusu əməkdaşlarının statuslarına uyğun olmayan fəaliyyətlə məşğul olduğuna görə 50 işçisini ölkəsindən çıxartmışdı. Bunun cavabında Moskva da bir o qədər sayda Amerika diplomatını ölkəsini tərk etməyə məcbur etmişdi. Bunların içərisində AB-ın hərbi-dəniz attaşesi Robert Brennion da var idi.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir