Amerika televiziyasının aparıcısı 82 yaşlı Robertson: “Müsəlman ol, arvadını döy” tövsiyyəsi verdi


Amerika televiziyasının aparıcısı  82 yaşlı  Robertson: “Müsəlman ol, arvadını döy” tövsiyyəsi verdi

Amerikanın Xristian televiziyasının aparıcısı Pat Robertsonun efirdən söylədiyi sözlər amerikalı müsəlmanları qəzəbləndirib. “Xristian” televiziyasının “700 Club” adlı proqramında arvadına söz keçirə bilmədiyindən gileylənən bir tamaşaçısına “Sənə tövsiyyəm, müsəlman ol və arvadını döy”-deyə tövsiyyə edib.

Bazar ertəsi yayaımlanan proqrmada Mişel adlı bir tamaşaçı arvadı ilə olan problemindən danışıb. “Evin kişisi mən olsam da, arvadım mənə hörmət etmir, problemlərimizi paylaşa bilmirəm, arada əllərini məni döyəcəkmiş kimi qıcayır”-deyə giley etdiyində Robertson “Günümüzdə arvadı döyməyə göz yuma bilmərik, amma bu adamın durumunda bir şey etmək lazımdır, o da müsəlman olub ardadını döymək”- deyə söyləyib.

Robertson müqəddəs kitabların arvadı boşamağa yasaq qoyduğunu bildirərək, ən yaxşısı Səudiyyə Ərəbistanına köç, müsəlman ol və ardadına həddini bildir- deyə tamaşaçısına yol göstərib.

Proqramı internetə qoyan Xristian yayım kanalı söhbət mövzusu bölümünü oradan çıxardıb. Robertsonu axtaran Amerika televiziyaları onun bazar gününü Amerika prezdentliyinə nazmizəd Mitt Romni keçirdiyini bildirib. Romni 82 yaşlı televiziyaçı ilə yaxın və görüşlərində ona dəstək olduğunu ifadə edib.

Robertson daha əvvəllər də homoseksuallar, feministlər, Alzeimer xəstələri, Haitililər və “dua etməyən” kişilərlə bağlı çıxışlar edib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir